Naxçıvan filialı üzrə Xəzinədar
Rabitəbank Müddət: 2025-05-05 - 2025-05-31
Baxış sayı: 93 Vakansiya № 1013831
Şəhər:

Naxçıvan


İşin təsviri:

  • Nağd pul və qiymətlilərlə aparılan əməliyyatların Mərkəzi Bankın normativ göstəricilərinə və bankın daxili qaydalarına uyğun aparılmasını təmin edir;
  • Xəzinədə olan tələbatdan və limitdən artıq nağd pul və qiymətliləri bankın ehtiyyat fonduna təhvil verir;
  • Müştərilərə xəzinə xidməti göstərir;
  • Kassa dövriyyəsi və kassa simvolları haqqında hesabat hazırlayıb aidiyyatı struktura təqdim edir;
  • Filialdaxili xəzinədə həyata keçirilən mədaxil-məxaric əməliyyatlarını bankdaxili bank sisteminə daxil edir;
  • Filialın nəzdində olan mübadilə məntəqələrini nağd pul ilə təmin edir;
  • Filialın pul anbarının açılması, bağlanması, oraya nağd pulun və digər qiymətlilərin qoyulub götürülməsini qaydalara uyğun həyata keçirir;
  • Nağd pul və digər qiymətlilərlə bağlı aparılmış əməliyyatlar barədə müəyyən olunmuş formalarda hesabatları təqdim edir;
  • Mərkəzi Bankın qaydalarına uyğun olaraq dövriyyəyə yararsız nağd pulun və digər qiymətlilərin dövriyyədən çıxarılmasını, dəyişdirilməsinı icra edir;
  • Xəzinədə olan nağd pul vasitəsini bandrollaşdırır.

Tələblər:

  • Bu sahə üzrə 1 il iş təcrübəsi (Bank və ya kredit təşkilatlarında iş təcrübəsinə üstünlük verilir);
  • Vətəndaş qüsürsuzluğuna malik olmaq;
  • Kollektivdə işləmə bacarığı;
  • Diqqət və nəzarət etmə xüsusiyyətlərinə malik olmaq;
  • Nəzakətli, gülərüz olmaq;
  • Təşəbbüskarlıq, məsuliyyətlilik, diqqətlilik və etibarlılıq kimi müsbət keyfiyyətlərə malik olmaq.

    Müraciət et