Nəşriyyat rəhbəri
İnci Group of Companies Müddət: 2025-04-21 - 2025-05-21
Baxış sayı: 163 Vakansiya № 1013730
Şəhər:

Bakı


İşin təsviri:

  • Nəşr olunacaq materialların seçimində strateji və məzmun baxımından liderlik etmək;
  • Tərcümə, redaktə, korrektura, dizayn və çap proseslərinə nəzarət;
  • Müəllif və redaktorlarla əməkdaşlıq qurmaq, yeni müəllifləri cəlb etmək;
  • Tədris proqramlarına uyğun kontentin formalaşdırılması və nəşrə hazırlanması;
  • Nəşrlərin keyfiyyət və oxunaqlılıq baxımından yoxlanılması;
  • Rəqabətli bazar üçün yeni nəşr istiqamətlərini təklif etmək və idarə etmək;
  • Komandanın idarə olunması və layihələrin vaxtında təhvil verilməsinə nəzarət;
  • Nəşriyyatın brend və kontent vizionunun formalaşdırılması.

Tələblər:

  • Naşirlik və ya kitab nəşri sahəsində ən azı 2 il iş təcrübəsi
  • Azərbaycan dili üzrə səlis redaktə və yazı bacarığı, rus və ingilis dili biliyi üstünlükdür
  • Nəşr prosesi üzrə (mətn hazırlığı, dizayn, çap, yayım) hərtərəfli bilik
  • Təhsil sahəsində kontentə maraq və zövq
  • Analitik düşüncə və planlama bacarığı
  • Detallara diqqət yetirən, estetik və məzmun balansına önəm verən yanaşma
  • Yaradıcı və təşəbbüskar komanda oyunçusu

Nə təklif edilir?

  • Məzmun və yaradıcılıq baxımından sərbəst, dinamik iş mühiti
  • Mövcud məhsulların inkişafı və yeni nəşrlər yaratmaq imkanı
  • Peşəkar komanda və dəstəkləyici idarəetmə
  • Rəqabətədavamlı əmək haqqı və inkişaf perspektivləri

Müraciət et