Ödəniş kartları idarəsinin ekvayrinq şöbəsinin mütəxəssisi (E-ticarət üzrə)
Xalq Bank
Müddət: 2025-01-28 - 2025-03-03

Baxış sayı: 140
Vakansiya № 1013042
Şəhər:
Bakı
İşin təsviri:
- POS-Terminal və virtual terminallar üzrə layihələrin idarə edilməsində iştirak, texniki tapşırıqların yazılması/təhlil edilməsi;
- POS-Terminallar və virtual terminallar üzrə problemli əməliyyatların təhlili;
- POS-Terminallara və virtual terminallara aid analitik hesabatların hazırlanması və təqdim edilməsi;
- Yeni məhsulların araşdırılması və xidmətlərin təkmilləşdirilməsi ilə bağlı müvafiq işlərin aparılması;
- İdarə daxili digər şöbələr tərəfindən aparılan layihələrə dəstək;
- Ödəniş təchizatçılarının məhsulları üzrə təkliflərin hazırlanması;
- Ödəniş təşkilatları ilə iş, daxil olan sorğuların və yaranan çətinliklərin həll edilməsində dəstək.
Tələblər:
- Maliyyə, İqtisadiyyat, Menecment təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi);
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
- Ekvayrinq və elektron ticarət sahəsində iş təcrübəsi. Müasir ödəniş sistemləri və texnologiyalarının işləmə prinsiplərini anlama;
- QR kodları ilə iş və onların emalı prinsiplərini bilmək;
- İT və məlumat bazaları üzrə baza biliklərə sahib olmaq;
- Ekvayrinq proseslərində problemləri aşkar etmək və həll etmək bacarığı;
- Maliyyə xidmətləri və ödənişlər sahəsində qanunvericiliyi anlamaq;
- Təhlükəsizlik və məlumatların qorunması tələblərini bilmək;
- Yenilikləri intensiv və dərindən mənimsəmə bacarığı, analitik zəkaya malik olmaq;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
Müraciət üçün link: https://jobs.glorri.az/vacancies/xalqbank/xalqbank-odenis-kartlari-idaresinin-ekvayrinq-sobesinin-mutexessisi-e-ticaret-uzre-4923/apply
Bu kateqoriyada digər vakansiyalar
Vəzifə | Şirkət | Müddət |
---|---|---|
Büdcə şöbəsinin baş mütəxəssisi (Kart biznes sahəsi üzrə) | ABB Bank | 2025-01-13 - 2025-02-17 |
Bu şirkətin digər vakansiyaları