Ofis meneceri
Meqa Sığorta ASC
Müddət: 2024-12-20 - 2025-01-20

Baxış sayı: 535
Vakansiya № 1012668
Şəhər:
Bakı
İşin təsviri:
- Şirkətin adına ünvanlanmış elektron və kağız daşıyıcıda olan sənədlərin qeydiyyata alınması, skan edilməsi və icraçılara təqdim olunması;
- Göndərilən sənədlərin qeydiyyata alınması, skan edilməsi və ünvanı üzrə göndərilməsinin təmin olunması;
- Ofisə gələn qonaqların qarşılanması və yönləndirilməsi;
- Daxil olan müraciətlərin həll olunması;
- Şöbə üzrə vaxtı bitmiş sənədlərin arxivləşdirilməsinin təmin olunması;
- İclas otağının və cavabdeh olduğu digər iş sahələrinin iş üçün hazır vəziyyətdə saxlanması;
- Vəzifə təlimatından irəli gələn digər işləri həyata keçirmək.
Tələblər:
- Təhsil: Ali.
- Şəxsi keyfiyyətlər və bacarıqlar: Yazılı və şifahi kommunikasiya, komandada işləmək bacarığı, intizamlılıq, dəqiqlik, məsuliyyət, məqsədyönülük.
- İş təcrübəsi: Müvafiq sahədə 1 il.
- Dil bilikləri: Azərbaycan dili – tam sərbəst, Rus dili – sərbəst danışa bilən. İngilis dili: yazmaq və danışmaq - B2 dərəcədə.
- Kompüter bacarıqları: Microsoft Office Word və Excel.
Əmək şəraitinin şərtləri:
- Əmək haqqı: 500 manat.
- İş vaxtı: 5 günlük iş həftəsi saat 09:00-dan 17:45-dək, cümə günü saat 17:00-dək.
- Əsas məzuniyyət hüququ: 30 gün. Əlavə məzuniyyət hüququ: Qanunvericiliyə görə işçiyə düşən digər hüquq və imtiyazlara uyğun verilir.
- Tibbi sığorta təminatı.
- Fitnes mərkəzləri şəbəkəsindən istifadə etmək üçün Push30.az xidmətinə qoşulmaq imkanı.
- “Meqa Sğorta” ASC-nin Təlim akademiyasında təlim almaq imkanı.
Zəhmət olmasa mövzu bölməsində “Ofis meneceri” qeyd etməklə CV-nizi hr@meqasigorta.az e-mail ünvanına göndərin. Vakansiya tələblərinə uyğun gələn namizədlər müsahibəyə dəvət alacaq.
Bu kateqoriyada digər vakansiyalar
Bu şirkətin digər vakansiyaları