Ofis meneceri
VİP DOORS
Müddət: 2024-12-24 - 2025-01-24

Baxış sayı: 409
Vakansiya № 1012707
Şəhər:
Bakı
İşin təsviri:
- Daxili sənədlərin qəbul edilməsi, düzgünlüyünün yoxlanılması və rəhbərliyə təqdim olunması;
- Hazırlanan sənədlərin rəhbərliyə imza üçün ötürülməsi və izlənilməsi;
- Satış əməliyyatlarının dəqiq uçotunun aparılması və gün sonunda satışla bağlı rəhbərliyə hesabat təqdim edilməsi;
- Daxil olan bütün sənədlərin müvafiq qaydada təsnif edilməsi və arxivləşdirilməsi;
- Gündəlik, həftəlik və aylıq satış, maliyyə və sənəd dövriyyəsinə dair hesabatların hazırlanması;
- Şirkət ehtiyaclarına uyğun olaraq bazar araşdırması aparılması və yeni potensial tərəfdaşların müəyyən edilməsi;
- Yeni ticari əlaqələrin qurulması və mövcud tərəfdaşlarla işgüzar münasibətlərin gücləndirilməsi;
- Şirkətin daxili qaydalarına uyğun olaraq mühasibat uçotu proseslərinin düzgün aparılmasına dəstək vermək.
- Rəhbərlik və digər bölmələrlə effektiv əlaqə yaratmaq, iş axınını düzgün təşkil etmək.
Tələblər:
- Ali təhsil;
- Yaş aralığı: 25-35;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan və rus dillərini səlis bilməli;
Kompüter və ofis avadanlıqlarından istifadə.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş rejimi bazar ertəsi-şənbə (09:00-18:00), həftədə bir gün istirahət günü;
- Əmək haqqı: 1000 azn net;
- İş yeri: Lökbatan qəs., Abşeron Ticarət Mərkəzi;
- Korparativ nömrə və email şirkət tərəfindən verilir;
- Mağazamız yüksək standartlara cavab verən qapıların satışı ilə məşğuldur;
- İşgüzar ünsiyyət etikası.
Vakansiya ilə maraqlanan namizədlərdən cv-lərini mövzü hissəsində “ Ofis meneceri” qeyd edərək elvusal.mahmudov@vip-doors.az elektron ünvanına göndərməsi xahiş olunur. Suallarınızla bağlı 0553989891 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Bu kateqoriyada digər vakansiyalar