Operator
Business Insight
Müddət: 2024-08-01 - 2024-09-01
Baxış sayı: 1513
Vakansiya № 1012303
Şəhər:
Bakı
Business Insight şirkətinin Müştəri Loyallığı Departamentində Operator vəzifəsi üzrə aktiv vakansiya var.
Vəzifə öhdəlikləri:
- Mesaj və zənglərin excel faylda (və ya müvafiq bazada) qeyd edilməsi;
- Müştərilərə xatırlatma mesajlarının göndərilməsi;
- Qaynar xəttə gələn zəng və mesajların cavablandırılması;
- Bonus, kampaniya, müsabiqələr zamanı müştərilərə məlumat verilməsi;
- Bonus, kampaniya, müsabiqələr zamanı müştərilərin qeydiyyata alınması;
- Müştərilərdən gələn şikayət və təkliflərin qeydə alınması;
- Daxil olan şikayət və təkliflərinin layihə menecerinə yönləndirilməsi;
- Çağrı Mərkəzi Rəhbərinin verdiyi tapşırıqların vaxtında yerinə yetirilməsi;
- Bazaya düzəlişlərin olunması. Loyallıq proqramları layihəsinin Whatsapp (və ya digər online xəttinə) göndərilmiş mesajların cavablandırılması, düzgün və dəqiq məlumatın verilməsi;
- Rəhbərliyə gündəlik hesabatların təqdim olunması.
Tələblər:
- Humanitar sahədə ali və ya orta ixtisas təhsili;
- Operator vəzifəsində minimum 1 il iş təcrübəsinin olması;
- İstifadəçi səviyyəsində kompüter bilikləri;
- Yüksək səviyyədə kommunikasiya və danışıq qabiliyyəti;
- Azərbaycan dili səlis, Rus və İngilis dillərini bilməsi üstünlükdür.
İş şəraiti:
- Öyrədici və inkişafameyilli iş mühiti;
- Əmək qanunvericiliyinə uyğun sənədləşdirmə;
- İş vaxtı həftədə 6 gün;
- Əmək haqqı namizədin işləmək istəyinə, bacarıqlarına və qoyulan tələbləri qarşılamasına görə müəyyən ediləcək.
Maraqlı olan namizədlər öz CV-lərini cv@businessinsight.az ünvanına “Operator” başlığı altında göndərə bilərlər.
Bu kateqoriyada digər vakansiyalar