Oracle məlumat bazası üzrə administrator (Database Administrator)
Yelo Bank Müddət: 2025-04-02 - 2025-05-02
Baxış sayı: 195 Vakansiya № 1013551
Şəhər:

Bakı


İşin  təsviri:

  • Verilənlər bazaların dayanaqlılığı, rezerv sürətlərini saxlama və bərpa olunma strateji işlərinin həyata keçirilməsi;
  • Verilənlər bazalar üçün istifadə olunan avadanlıqlar və resursların hesabatının aparılması və onların təkmilləşdirmə təkliflərinin verilməsi;
  • Daxili sistemlərin verilənlər bazaları ilə əlaqələrin qurulmasına dəstək;
  • Verilənlər bazalarına aid yeni texnologiyaları tətbiq etmək;
  • Proqramçılara və istifadəçilərə verilənlər bazaları ilə bağlı dəstək;
  • İstifadədə olan verilənlər bazalarının proqram təminatları üzrə administrasiyanı həyata keçirmək;

Tələblər:

  • Ali Iqtisadi/Texniki təhsili arzuolunandır;
  • Minimum 2 il iş təcrübəsi;
  • Azərbaycan dili səlis ,rus və ingilis dili biliyi arzuolunandır;
  • Yüksək analitik düşüncəyə sahib olmalı;
  • Həm müstəqil, həm də komanda mühitində işləmək bacarığı.
  • Oracle şirkətinə aid sertifikat arzuolunandır.
  • Verilən bazalarını(Oracle, PostgreSQL, MySQL, MS SQL və s.) yüksək səviyyədə bilmək;
  • Verilən bazaların administrasiyası üçün istifadə olunan proqram təminatlarını(RMAN, Cloud Control, Enterprise Manager) yüksək səviyyədə bilmək;
  • Oracle WebLogic, Apache Tomcat, Microsoft IIS və s. kimi proqram təminatları ilə işləmə bacarığı arzuolunandır;

Sizə nə təklif edilir:

  •  Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  •  Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  •  Könüllü tibbi sığorta proqramına qoşulma;
  •  Yığım sığortasına qoşulma imkanı;
  •  Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Müraciət üçün link: https://jobs.glorri.az/vacancies/yelo/yelo-oracle-melumat-bazasi-uzre-administrator-database-administrator-15638/apply