Pərakəndə kart biznesi sahəsinə baş məhsul sahibi
ABB Bank Müddət: 2025-04-26 - 2025-05-26
Baxış sayı: 181 Vakansiya № 1013770
Şəhər:

Bakı


İşin təsviri:

  • Bankın flaqman kart məhsullarının ümumilikdə uğur qazanması üçün prosesə liderlik etmək;
  • İstifadəçilərin tələblərini və təcrübələrini  təhlil etmək;
  • Məhsul ilə bağlı tələbləri və əngəlləri aşkarlamaq üçün bir neçə komanda ilə əməkdaşlıq etmək;
  • İstifadəçi məmnuniyyətini artırmaq üçün faydalılıq barədə araşdırma və tədqiqatları məhsulla bağlı tələblərə daxil etmək;
  • Tələblər və yekun materialları proqramçılarla müzakirə etmək və tələbləri açıq şəkildə komandaya izah etmək;
  • Məhsullarla bağlı görüləcək  işlərin siyahısını tərtib etmək, yeniləmək və prioritetləşdirmək;
  • Hər bir tapşırıq ilə bağlı qəbul meyarlarını müəyyən etmək;
  • Maraqlı tərəflərlə birlikdə məhsulun satışa buraxılmasını planlaşdırmaq;
  • Mütəmadi olaraq məhsulların gəlirliyini təhlil etmək,  göstəricilərini izləmək və qiymətləndirmək;
  • Məhsulun yaradılması, mövcud məhsulların təhlili və inkişafı prosesində hərtərəfli şəkildə komandaya istiqamət verməkdir.

Tələblər:

  • Bank işi vəya digər müvafiq layihə işi üzrə minimum 3 il təcrübəyə və biliyə;
  • Kart məhsul və xidmətləri sahəsində təcrübəyə;
  • VISA, Mastercard ödəniş sistemləri ilə iş üzrə baza biliklərinə;
  • “Agile” mühitində iş  təcrübəsin olması (arzuolunandır);
  • Məhsul yaradılması və inkişafı üzrə biznes modellərinin tətbiqi üzrə biliklərinə;
  • Məhsullar üzrə yol xəritəsinin yaradılması üzrə təcrübəyə;
  • Danışıqlar aparmaq və liderlik üzrə güclü bacarıqlara;
  • Komandada və fərdi şəkildə işləmək bacarığına;
  • Strateji və taktiki düşüncə qabiliyyətinə;
  • İşə yüksək enerji və həvəslə yanaşmaq, ətrafındakı insanlara təsir göstərmək qabiliyyətinə;
  • Komandada səmimiyyət formalaşdıraraq rahat və effektiv iş mühiti yaratmaq qabiliyyətinə sahib olan şəxsdir.

Müraciət et