Planlama üzrə mütəxəssis
Matanat A Müddət: 2024-12-07 - 2025-01-07
Baxış sayı: 142 Vakansiya № 1012523
Şəhər:

Bakı


​​​​İşin təsviri:

  • Layihənin icra mərhələlərini, fəaliyyət planını və vaxt cədvəlini (Gant chart) hazırlamaq;
  • Resursların (maliyyə, insan, materiallar) təyini və paylanmasını həyata keçirmək;
  • Gecikmə risklərinin idarə olunması üçün alternativ həllərin təklif edilməsi;
  • Layihənin vaxtında və büdcə daxilində tamamlanması üçün müvafiq hesabatları təqdim etmək;
  • İşlərin plan üzrə getməsini və kritik məqamlarda təhvil təslimlərin edilməsini koordinasiya etmək;
  • Layihə ilə əlaqədar iclaslar təşkil etmək və əlaqədar şəxslərə icrası gözlənən işlərin və layihənin ümumi statusu barədə məlumat vermək;
  • Proqres və yekun nəticələr barədə müntəzəm hesabatlar təqdim etmək;

Sənədləşmə və Hesabatlılıq:

  • İnşaat işlərinin irəliləməsini izləmək və hesabatlar hazırlamaq;
  • Layihə ilə əlaqədar sənədləri (planlar, müqavilələr, icra aktları və s.) arxivləmək;
  • Layihə prosesinin və nəticələrinin raporlanmasını həyata keçirmək;
  • Layihədən gündəlik hesabatların alınması, həftəlik iş planına əsasən yoxlanılması, analiz edilməsi və sonda hesabat hazırlanıb rəhbərliyə təqdim edilməsi.

    Tələblər:

  • Təhsil: Ali (İnşaat sahəsi üzrə);
  • Təcrübə: Müvafiq sahədə ən azı 3 il (istehsalat tikintisi sahələrinə üstünlük veriləcək);
  • Ezamiyyələrə hazır olmalı;
  • Ofis proqramlarında işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan və Ingilis dili (Rus dili arzuolunandır).
  • İş şəraiti:

  • İş saatı: 09:00-dan 18:00-dək;
  • İstirahət: Bazar günü (Şənbə qısaldılmış iş günü);
  • İş yeri: Layihədən asılı olaraq dəyişir;
  • Korporativ nömrə verilir.

    Maraqlı olanlar mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.com ünvanına CV-ni göndərməyinizi xahiş edirik.