
Bakı
İşin təsviri:
Riyazi modellər və alqoritmlər əsasında qoyulan tapşırıqların yerinə yetirilməsini təmin edən proqramlar işləyib hazırlayır. Bütün mərhələlər üzrə məsələnin həlli texnilogiyasını işləyib hazırlayır.
Məsələnini həlli alqoritminin proqramlaşdırma dilinə keçirilməsini həyata keçirir. Proqramların sazlanmasına hazırlıq işlərini və sazlanmanı həyata keçirir
Proqramların onların funksional təyinatına uyğunluğunun tam şəkildə yoxlanması üçün yoxlama nümunələri verilənlərinin həcm və məzmununu müəyyən edir
Məlumatların daxil edilməsi, emalı, saxlanması və çıxışa verilməsi maket və sxemlərini, həmçinin məlumatın nəzarəti üsullarını müəyyən edir
Proqram üzrə işləmək üçün təlimat hazırlayır, lazımi texniki və isitsmar sənədləşməsini hazırlayır
İsitfadəyə verilmiş proqram və proqram vasitələrinin müşayiətini həyata keçirir
Proqramlaşdırma avtomatizasiyası üsul və vasitələrini, tipik və satndart proqram vasitələrini işləyib hazırlayır və tətbiq edir, hesablama proseslərinin unifikasiyası və tipizasiyası üzrə işləri həyata keçirir
Proqram arxitekturasını işləyib hazırlayır
Işçi görüşlərində iştirak edir
Şöbənin kiçik ekspert və ekspertlərinin yetişdirilməsində, inkişafında iştirak etmək
Bilavasitə rəhbəri, sahə rəhbəri və İdarə Heyətinin sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının və/və ya departamentin (filialın) əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn funksiyaları icra edir
Tələblər:
- Sahə üzrə 2 il və daha çox iş təcrübəsi
- Ali təhsil- bakalavriat
- Oracle SQL
- PL SQL
Biz sizə nə təklif edirik?
Karyera inkişafı üçün əlverişli mühit;
Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
Komanda quruculuq tədbirlərində iştirak imkanı;
İdman zallarında endirim imkanları;
Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
Könüllü tibbi sığorta;
Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Aşağıda qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.
https://careers.bankofbaku.com/az/vacancies/685