Problemli kreditlər üzrə şöbə müdiri
Caspian Finance BOKT
Müddət: 2025-12-18 - 2026-01-18
Baxış sayı: 449
Vakansiya № 1015064
Şəhər:
Bakı
İş barədə məlumat:
- Müştərilərin mövcud borc öhdəlikləri və gecikmə hallarının qiymətləndirilməsi və təhlilinin aparılması.
- Problemli kredit portfeli üzrə risklərin müəyyən edilməsi və effektiv şəkildə idarə olunması.
- Borclularla əlaqə yaradaraq öhdəliklərin icrası üçün zəruri məlumatlandırmanın təmin edilməsi.
- Ödənişlərin tənzimlənməsi, restrukturizasiya prosesləri və uyğun ödəniş qrafiklərinin izlənməsi.
- Aylıq və həftəlik əsasda göstəricilərə dair analitik hesabatların hazırlanması.
- Hüquq şöbəsi də daxil olmaqla digər əlaqəli şöbələrlə əməkdaşlıq və koordinasiyalı işin təşkili.
- Şirkətin daxili norma və prosedurlarına uyğun şəkildə sənədləşmə proseslərinin həyata keçirilməsi.
- Bakı və region ərazilərində müştərilərlə yerində görüşlərin keçirilməsi məqsədilə vizitlərin təşkili.
Namizədə tələblər:
- Ali təhsil.
- Problemli kreditlərin idarə edilməsi, risklərin qiymətləndirilməsi sahəsində ən azı 3 illik iş təcrübəsi.
- Güclü analitik bacarıq və sağlam qərarvermə qabiliyyəti
- Şəxsi avtomobilə sahib olmaq.
- Yüksək səviyyədə ünsiyyət qurmaq və effektiv danışıq bacarığı.
- Stressli şəraitdə işləmək və problemləri operativ həll etmək bacarığı.
- Kompüter bilikləri: MS Office (Excel yüksək səviyyədə).
İş şəraiti:
- İş saatı 09:00-18:00 dək
- Azərbaycan Respublikası Əmək məcəlləsinə uyğun sənədləşmə
- Əmək haqqı (+bonus) razılaşma yolu ilə.
Göstərilən tələblərə cavab verən, namizədlərin CV-lərini “Problemli kreditlər üzrə şöbə müdiri” başlığı ilə hr@caspianfinance.az elektron poçt ünvanına göndərməkləri xahiş olunur.
Bu kateqoriyada digər vakansiyalar
Bu kateqoriyada təlim və seminarlar
| Təlim və seminar | Şirkət | Müddət |
|---|---|---|
| Xəzinədarlıq, İnvestisiya fəaliyyəti və ixtisas imtahanına hazırlıq | İnternational Consulting Company | 2026-01-27 - 2026-02-13 |
Bu şirkətin digər vakansiyaları





