Product marketinq menecer
Atəşgah Sığorta Müddət: 2025-05-08 - 2025-05-31
Baxış sayı: 60 Vakansiya № 1013858
Şəhər:

Bakı


İşin təsviri:

  • Rəqiblərin məhsullarını, qiymət siyasətini və marketinq strategiyalarını təhlil etmək.
  • Bazar təhlili/Müştəri ehtiyaclarını və bazar tendensiyalarını izləyərək yeni sığorta məhsullarının yaradılması və ya mövcudların təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq.
  • Bazarda boşluqları və yeni imkanları müəyyənləşdirmək.
  • Məhsulun hədəf auditoriyasını müəyyənləşdirmək və seqmentasiya aparmaq.
  • Məhsul mövqeləndirilməsi: Bazardakı rəqiblərlə müqayisədə sığorta məhsullarının üstünlüklərini önə çıxarmaq və düzgün mövqeləndirməni təmin etmək.
  • Məhsulun bazarda hansı üstünlüklərlə təqdim olunacağını müəyyənləşdirmək
  • Məhsulun tanıdılması üçün marketinq kampaniyaları planlaşdırmaq və həyata keçirmək.
  • Yeni məhsulun bazara çıxarılması üçün (product launch) strategiyalar qurmaq.
  • Satış nəticələrini təhlil etmək və məhsulun bazardakı performansını qiymətləndirmək.
  • KPI-lərə əsasən məhsul marketinq kampaniyalarının uğurunu ölçmək (ROI, dönüşüm nisbətləri, bazar payı və s.).
  • Məhsulun bazara çıxarılması, inkişaf mərhələsi, böyümə və olgunluq dövrləri üçün fərqli marketinq planları hazırlamaq.
  • Məhsulun həyat dövrünə uyğun təkrar yerləşdirmə (repositioning) və ya yenidən markalaşma (rebranding) strategiyalarını hazırlamaq.
  • Yeni sığorta məhsulları və sığorta proqramları işləyib hazırlamaq və tətbiq etmək.
  • Satış dəstəyi: Satış komandası ilə koordinasiyalı işləyərək onların marketinq ehtiyaclarını vaxtında və keyfiyyətli təmin etmək.

Tələblər:

  • Marketinq sahəsində ən azı 4-5 il iş təcrübəsi (sığorta üzrə iş təcrübəsi olanlara üstünlük verilir)
  • Ali təhsil (İqtisadiyyat, marketinq sahələri üzrə)
  • Marketinqin əsas prinsiplərini yaxşı bilmək
  • Ünsiyyətcil, təşəbbüskar, yüksək təqdimat bacarığı olmalı
  • İnkişafa meyilli, məsuliyyətli və yaradıcı olmalı
  • Microsoft Office proqramlarını istifadə qaydalarını bilməli  və təqdimat bacarıqları, layihələrin idarə edilməsi bacarığı olmalıdır.
  • Zövqlü və yaradıcı yanaşma qabiliyyətinə malik olmalı
  • Dil bilikləri: Azərbaycan (əla), Rus(əla) və İngilis dilləri
  • Lisenziya/Sertifikat: marketinq, satış üzrə sertifikatı olan namizədlərə üstünlük verilir.

    Müraciət et