QA (Quality Assurance) üzrə mütəxəssis
Kontakt Home
Müddət: 2024-12-26 - 2025-01-31

Baxış sayı: 241
Vakansiya № 1012726
Şəhər:
Bakı
İşin təsviri:
- Test planlarının, test keyslərin və test ssenarilərinin hazırlanması;
- Test nəticələrinin sənədləşdirilməsi və analiz edilməsi;
- Yeni və mövcud məhsullar üçün test proseslərinin hazırlanıb tətbiq edilməsi;
- Avtomatlaşdırılmış test skriptlərin hazırlaması və nəticələri analiz edilməsi;
- Qüsurların (defektlərin) aşkar edilməsi və aydın formada şərh edilməsi;
- Ödənişlərdə yaranan problemlərin analiz edilməsi proaktiv tədbirlərin təklif edilməsi;
- Ödəniş qurğularının iş prinsipini bilmək və yarana biləcək problemlərin aşkarlanması;
- Desktop və Web tətbiqlərinin (Java, C#, JavaScript, PHP) avtomatlaşdırlmış testinin həyata keçirilməsi.
Tələblər:
- Ali təhsil (İT sahəsi üzrə təhsil arzuolunandır);
- Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı (rus və ingilis dili biliyi üstünlükdür);
- Müvafiq sahə üzrə ən az 2 il iş təcrübəsinin olması;
- Detallara və nəticəyə yönümlülük;
- Komandada işləmək və ünsiyyət bacarıqları;
- QA Manual və QA Automation sahəsi üzrə dərin biliklərin olması;
- Proqram Təminatlarının analizində alqoritmik düşünmə qabiliyyəti;
- Selenium WebDriver üzrə biliklər;
- Postman, REST üzrə biliklər;
- JİRA, Git və s. müvafiq sistemlərdə işləmə təcrübəsi;
- Texniki sənədlərin tərtib edilməsi bacarığı;
- VB ilə (Oracle, MS SQL, MySql və s.) iş təcrübəsi.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Müraciət üçün link: https://jobs.glorri.az/vacancies/abc-telecom/abc-telecom-qa-engineer-keyfiyyete-nezaret-uzre-muhendis/apply
Bu kateqoriyada digər vakansiyalar
Bu şirkətin digər vakansiyaları