Reception
METAK Müddət: 2025-01-24 - 2025-02-25
Baxış sayı: 291 Vakansiya № 1012996
Şəhər:

Bakı


İşin təsviri:

  • Zəngləri qəbul etmək və onları yönləndirmək;
  • Şirkətə gələn qonaqları qarşılayıb və yönləndirmək;
  • Qonaqlara çay/kofe xidmətinin təşkilini təmin etmək və çayçının işinə nəzarət etmək;
  • Xarici qonaqların hava limanında qarşılanmasını təşkil etmək;
  • İclas və görüşlərin planlaşdırılmasında köməklik göstərmək;
  • Şirkətə aid məlumatların, qeydiyyat sənədlərinin və faylların məxfiliyini qorumaq;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək.

Tələblər:

  • Ali təhsil;
  • Azərbaycan və rus dillərini bilmək mütləqdir, ingilis dili arzuolunandır;
  • MS Office proqramları üzrə biliklər;
  • Dəqiq və sürətli işləmək bacarığı, vaxtın düzgün idarə edilməsi.

İş şərtləri

  • Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
  • Böyük peşəkar komanda və mehriban mühit;
  • Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
  • İş yeri Dərnəgül;
  • Nəqliyyat və nahar.

    Müraciət üçün link: https://job.metak.az/vacancy/show/263