Rəqəmsal dələduzluğun monitorinqi üzrə kiçik mütəxəssis
Unibank Kommersiya Bankı
Müddət: 2025-04-16 - 2025-05-16

Baxış sayı: 193
Vakansiya № 1013683
Şəhər:
Bakı
İşin təsviri:
- Kart əməliyyatları, Mobil Bankçılıq və digər ödəniş alətləri sahəsində, bank və ya fin-tech təcrübəsi arzuolunandır;
- Kompüter elmləri, statistika, iqtisadiyyat, informasiya sistemləri, informasiya təhlükəsizliyi üzrə bakalavr təhsili;
- Azərbaycan dili biliyi səlis, İngilis dili biliyi – texniki terminologiya;
- Növbəli qrafik ilə işləmə imkanı (gündüz və gecə növbəsi);
- Ofis proqramları (MS Office (Word, Excel, PowerPoint, Outlook və s.), sorğuların idarə edilməsi sistemləri (JIRA, OTRS və s.)) ilə orta səviyyədə işləmə bacarığı;
- SQL (Oracle) bilik – DQL və DML komandalarla işləmək bacarığı;
- Analitik düşünmə bacarığı;
- Yeni texnoloji alətləri öyrənməyə açıq olmaq.
Tələblər:
- Bankın yeni və ya mövcud məhsul və xidmətlərində dələduzluq risklərinin aşkarlanması, risklərin mitiqasiyası (azaldılması) üzrə tədbir və ya təklif planının hazırlanması, Rəqəmsal Dələduzluqla Mübarizə üzrə Qrupun öhdəliyində olan mitiqasiya tədbirlərinin icrası;
- Kart və digər Rəqəmsal kanallar üzrə baş verən dələduzluq insidentlərinin mütəmadi təhlili, dələduzluq trendlərinin, ən yaxşı təcrübə (“best practice”) metodlarının izlənilməsi və qabaqlayıcı tədbirlərin, qaydaların yaradılması və ya dəyişiklik edilməsi üçün təklifin verilməsi;
- Rəqəmsal dələduzluq insidentlərinin araşdırılması, insidentdən doğan risklərin azaldılması, dəymiş zərərin hesablanması, hesabatların tərtibi və bilavasitə rəhbərə təqdim olunması;
- Şübhəli əməliyyatların dəqiqləşdirilməsi məqsədilə müştərilərlə telefon vasitəsilə əlaqə qurulması;
- Nəticələrə əsaslanaraq plana uyğun tədbirlərin həyata keçirilməsi;
- Qrupun öhdəliyində olan məsələlərlə bağlı daxili və xarici sorğuların idarə olunması.
Müraciət üçün link: https://jobs.glorri.az/vacancies/unibank/unibank-reqemsal-deleduzlugun-monitorinqi-uzre-kicik-mutexessis-99803/apply
Bu kateqoriyada digər vakansiyalar
Bu şirkətin digər vakansiyaları