Risk Menecmenti Departamentinin kreditlərin monitorinqi şöbəsində aparıcı/baş mütəxəssis
AzərTürkBank
Müddət: 2025-01-24 - 2025-02-25

Baxış sayı: 209
Vakansiya № 1013000
Şəhər:
Bakı
İşin təsviri:
- Kredit vəsaitlərinin təyinatı üzrə istifadə edilməsini yoxlamaq, səyyar montorinqlər təşkil edərək biznesin fəaliyyət yerində yoxlama aparmaq;
- Səyyar monitorinqlərin nəticəsi olaraq kredit risklərini (müştərinin maliyyə vəziyyətini və gələcəkdə krediti qaytarma qabiliyyətini) qiymətləndirmək;
- Səyyar monitorinqin nəticəsi olaraq müvafiq aktları tərtib etmək;
- Müştərilərin kredit ödənişlərinə və gecikmələrinə nəzarəti həyata keçirmək;
- Riskli müştəriləri əvvəlcədən müəyyən etmək, kredit portfelinə gələcək təsirlərini ölçmək və riskləri minimuma endirmək üçün tələb olunan tədbirləri icra etmək;
- Tələb olunan hesabatları hazırlayaraq aidiyyatı üzrə rəhbərliyə təqdim etmək.
Tələblər:
- Ali təhsil (bakalavr);
- Bank sahəsində korporativ / iri biznes kreditlərinin monitorinqi sahəsi üzrə minimum 2 (iki) illik iş təcrübəsi;
- ACCA sertifikatlarının (F3) olması arzuolunandır;
- Azərbaycan dili sərbəst, ingilis dili yaxşı səviyyədə (Rus dili arzuolunandır);
- MS ofis proqramlarında işləmək bacarığı;
- Korporativ / iri biznes krediti müştərilərinin maliyyə hesabatlarının təhlili bacarığı;
- Biznes müştərilərinin bizneslərinin fəaliyyət ünvanlarına səyyar monitorinq edərək fəaliyyətin cari vəziyyətini qiymətləndirmə bacarığı;
- Kredit portfelinin idarə olunması, keyfiyyətinə nəzarət, həmçinin kredit ödənişlərində gecikmələrin yarandığı halda aradan qaldırılması məqsədi ilə müvafiq tədbirləri həyata keçirə bilmək bacarığı.
Müraciət üçün link: https://jobs.glorri.az/vacancies/atb/atb-risk-menecmenti-departamentinin-kreditlerin-monitorinqi-sobesinde-aparicibas-mutexessi-6709/apply?source=Position
Bu kateqoriyada digər vakansiyalar
Bu kateqoriyada təlim və seminarlar
Təlim və seminar | Şirkət | Müddət |
---|---|---|
Anderraytinq və monitorinq üzrə mütəxəssislərin hazırlığı | İnternational Consulting Company | 2025-01-17 - 2025-02-23 |
Bu şirkətin digər vakansiyaları