Risklərin idarə edilməsi departamenti, Əməliyyat risklərinin təhlili şöbəsi/şöbə müdiri
Expressbank Müddət: 2025-04-13 - 2025-05-13
Baxış sayı: 125 Vakansiya № 1013656
Şəhər:

Bakı


İşin təsviri:

  • Əməliyyat risklərinin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının (RCSA, ssenari analizləri, risk xəritələrinin tərtibi və s.) tətbiqini inkişaf etdirilməsi;
  • Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflərin verilməsi və bu istiqamətdə həyata keçirilən tədbirlərin təşkili;
  • Əməliyyat risklərinin idarə edilməsi prosesində lazımi hesabatlıqların tərtib edilməsi, əsas risk indikatorlarına dair məlumatların toplanması və analizlərin həyata keçirilməsinin təmin olunması;
  • Bankda risk mədəniyyətinin yüksəldilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinin təşkili;
  • Bankda həyata keçirilən biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədi ilə monitorinqlərin aparılması, nəticələrinin sənədləşdirilməsi və təkliflərin verilməsi işinin təşkili.

Tələblər:

  • Ali təhsil (Maliyyə və Mühasibatlıq, Risklərin idarə edilməsi, İqtisadi Kibernetika Mexanika – Riyaziyyat üzrə bakalavr və ya magistr təhsilinin olması arzuolunandır);
  • Əməliyyat, bazar, kredit və likvidlik riskləri, modelləşdirmə, və ya korporativ maliyyə funksiyası üzrə minimum 4 il iş təcrübəsi;
  • Analitik qabiliyyət və məlumat bazası (Python və SQL) ilə işləmək bacarığı;
  • Risk və maliyyə hesabatlığının təhlili bacarığı;
  • Statistik və Ekonometrik təhlil bacarığı;
  • Analitik təhliletmə və proqnoz vermək qabiliyyəti;
  • Risklərin (xüsusilə əməliyyat riskləri) idarə edilməsi üzrə və CFA, FRM sertifikatların olması üstünlükdür.

    Müraciət üçün link: Expressbank ASC - Risklərin idarə edilməsi departamenti, Əməliyyat risklərinin təhlili şöbəsi/şöbə müdiri

Bu kateqoriyada təlim və seminarlar