Risklərin idarə edilməsi departamenti/ Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri
Expressbank
Müddət: 2025-04-25 - 2025-05-25

Baxış sayı: 177
Vakansiya № 1013760
Şəhər:
Bakı
İşin təsviri:
- Əməkdaşlar arasında iş bölgüsü aparmaq, onların fəaliyyətini əlaqələndirmək, əmək və icra intizamına riayət etmələrini təmin etmək və ona nəzarəti həyata keçirmək;
- Şöbənin fəaliyyətini planlaşdırmaq, onun qısa və uzunmüddətli prioritetləri üzrə təkliflər vermək;
- Kreditlərin strukturlaşdırılması və müvafiq satış departamentləri tərəfindən təqdim edilmiş kredit sifarişlərin və limitlərin anderraytinqini təşkil etmək;
- Biznes kreditlərinə verilmiş anderraytinq rəylərinin qanunvericiliyə və Bankın Kredit siyasətinə uyğunluğunu təmin etmək;
- Müştərinin maliyyə vəziyyətinin və gələcəkdə krediti qaytarmaq qabiliyyətinin yoxlanması, müştərilərin kredit reytinqlərinin hesablanması və müvafiq qərarların qəbul edilməsi işini təşkil etmək;
- Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq prosedurlara əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsini təşkil etmək;
- Biznes kredit məhsullarının anderraytinqi üzrə avtomatlaşdırılmış bank informasiya sistemində uçot və hesabatlığın yaradılması və təkminləşdirilməsi üçün təkliflər vermək.
Tələblər:
- Ali təhsil (İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ixtisas);
- Biznes kreditlərinin təhlili və analoji sahədə ən azı 5 il iş təcrübəsi;
- CFA və ACCA sertifikatlarının olması arzuolunandır;
- İqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarının yığılması və təhlil etmə bacarıqları;
- İdarəetmə və liderlik bacarıqları;
- Analitik düşünmə qabiliyyəti və çevik qərarvermə qabiliyyəti ;
- Təhlil və ünsiyyət bacarıqları.
Müraciət et
Bu kateqoriyada digər vakansiyalar
Bu şirkətin digər vakansiyaları