Risklərin idarə edilməsi departamenti kreditlərin monitorinqi üzrə aparıcı/baş mütəxəssis/menecer
Ziraat Bank Azərbaycan Müddət: 2025-01-31 - 2025-03-01
Baxış sayı: 161 Vakansiya № 1013074
Şəhər:

Bakı


İşin təsviri: 

  • Kreditlərin təyinatı üzrə istifadəsini yoxlamaq;
  • Kredit sahəsi üzrə məhsul/xidmət satışa çıxarılmadan əvvəl yarana biləcək risklər üzrə araşdırma aparılmasında və risklərin idarə olunması ilə bağlı təkliflər verilməsində iştirak etmək;
  • Bankın erkən xəbərdarlıq modelinə uyğun Kredit Monitorinq sistemini qurmaq və həyata keçirmək, kredit monitorinq meyarlarını müəyyən etmək;
  • Girov əmlaklarının qiymətəndirilməsi fəaliyyətinin və prosesinin təhlili və qiymətləndirilməsini həyata keçirmək;
  • Borcalanları risk reytinqləri üzrə təsnifləşdirmək məqsədilə hazırlanmış Daxili Risk Reytinqi sistemini qiymətləndirmək və dövri olaraq yenilənməsini təmin etmək;
  • Kənd təsərrufatı kreditləri üzrə borcalanın qanunvericiliklə kənd təsərrüfatı sahələri üzrə tələb olunan hüquqmüəyyənedici sənədlərə malik olub-olmaması yoxlamaq;
  • Mövcud olduqda borcalanın, emitentin və kontragentin kredit reytinqi, habelə qiymətli kağızlarının bazar dəyərini izləmək;
  • Bankın borcalanlarının maliyyə vəziyyətinin və girovların durumunun, girovun saxlanma şəraitini məsafədən və yerində monitorinqini həyata keçirmək, nəticələrini sənədləşdirmək və təqdim etmək;
  • Kredit Risk hesabatlarının hazırlanmasında iştirak etmək.

Tələblər:

  • Ali iqtisadi təhsil; 
  • Bank sahəsində ən azı 3 il iş təcrübəsi, o cümlədən kreditləşdirmə sahəsində ən azı 1 il iş təcrübəsi;
  • Ümumi bank işi haqqında məlumatlar, bank qanunvericiliyini, maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktlarının tələblərini, bankdaxili normativ sənədlərin tələblərini bilməlidir. 
  • Kredit risklərinin idarəolunması təcrübəsindən xəbərdar olmalı və kreditləşdirmə praktikasına malik olmalıdır. 
  • Beynəlxalq təcrübədən xəbərdar olmalıdır;
  • Araşdırma, təhlil etmə və analitik düşünmə bacarıqları, hesabat tərtib etmə;
  • Müştərilər ilə lazımi ünsiyyət qurma və tələb olunan məlumatları alma qabiliyyəti;
  • Maliyyə sahəsinə dair beynəlxalq sertifikatların olması arzuolunandır;
  • Kompüter bilikləri (MS Office (xüsusi ilə yüksək Microsoft Excel bilikləri.

 
Göstərilən tələblərə cavab verən namizədlər Fevral ayının 28-dək öz CV formalarını cv@ziraatbank.az elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Kreditlərin monitorinqi” qeyd edilməsi vacibdir.
 
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.