Risklərin idarə edilməsi departamentinin direktoru
Bank BTB Müddət: 2025-06-11 - 2025-07-11
Baxış sayı: 218 Vakansiya № 1014074
Şəhər:

Bakı


İşin təsviri:

  • Bankın risk siyasəti, risklərin idarə edilməsi üzrə daxili qaydaların layihələrini hazırlayır;
  • Qəbul edilmiş qərarlar üzrə əməliyyatların balansda düzgün əks etdirilməsinə nəzarəti təşkil edir;
  • İdarə Heyətinin tapşırığı ilə bank fəaliyyətinin ayrı-ayrı sahələrində yoxlama və monitorinqləri təşkil edir;
  • Risklərin idarə edilməsi işinin əlaqələndirilməsini təmin edir;
  • Aktivlərin düzgün təsnifləşdirilməsinə, eləcə də Bank üzrə ehtiyyatların düzgün qaydada yaradılmasına nəzarət edir;
  • Risklərin idarə edilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparır və kənarlaşmalar barədə hesabatı Riskləri İdarəetmə Komitəsi və İdarə Heyətinə təqdim edir;
  • Bankın aidiyyəti struktur bölmələri ilə birgə fəaliyyət növləri üzrə risk limitlərinin hesablanması və onlara dəyişikliklərin edilməsi barədə Riskləri İdarəetmə Komitəsi və İdarə Heyətinə təkliflər verir;
  • Risk limitlərinə riayət olunmasına daimi nəzarəti həyata keçirir və pozuntular barədə dərhal İH Sədrinə məlumat verir.
  • Bütün növ limitlərə gündəlik nəzarəti təşkil edir;
  • Risk xəritəsinin hazırlanması və onun icrasına nəzarət edir;
  • Bankda idarəetmə üzrə vahid hesabatlılıq sisteminin yaradılması, aidiyyəti tərəflərin vaxtında və keyfiyyətli hesabat və məlumatlarla təmin edilməsini təşkil edir;
  • Bankda idarəetmə orqanlarının qərarvermə prosesini dəstəkləyən və müşayiət edən hesabatların hazırlanmasına nəzarət edir;
  • Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi (bankın aidiyyatı struktur bölmələri ilə birgə) üzrə işləri həyata keçirir;
  • Risklərin qiymətləndirilməsi, təhlili və nəticəsi barədə hesabatı İdarə Heyəti, Riskləri İdarəetmə Komitəsi və Müşahidə Şurasına təqdim edir;
  • Risklərin tanınması və idarə edilməsi baxımından bankın fəaliyyətini əhatə edən bütün proseslərə, yeni məhsul və xidmətlərə dair rəy verir;
  • Aidiyyəti struktur bölmələrlə birgə stress-testlər keçirir və müəyyən edilən risklərin azaldılması məqsədi ilə tədbirlər planı hazırlayır;
  • Risklərin idarə edilməsi məqsədi ilə bankın digər struktur bölmələrindən alınmış məlumatları təhlil edir;
  • Risklərin idarə edilməsi prosesinə adekvat və səmərəli nəzarət prosedurlarının müəyyən olunması və təkmilləşdirilməsinə dair təklifləri Riskləri İdarəetmə Komitəsinə təqdim edir;
  • Bankın aidiyyəti struktur bölmələri ilə birgə fövqəladə hallar planını hazırlayır, Riskləri İdarəetmə Komitəsi və İdarə Heyətinə təqdim edir.
  • Risklərin idarə edilməsi işində bankın aidiyyəti struktur bölmələrinə metodoloji yardım göstərir;
  • Bankın qüvvədə olan qanunvericilik və Müşahidə Şurası tərəfindən təsdiq edilmiş daxili reqlamentə uyğun fəaliyyət göstərməsinə digər aidiyyəti struktur bölmələri ilə birlikdə nəzarət edir;
  • Bankda daxili nəzarət mexanizminin işləkliyini daim qiymətləndirir;
  • Ona birbaşa hesabatlı olan işçilərin vəzifə təlimatlarını və hədəflərini müəyyən edir, onlara təlim və məsləhət verir, fəaliyyətlərini qiymətləndirir;
  • Departamentin işini planlaşdırır və təşkil edir, bankdaxili siyasət və qaydalarda, habelə idarəetmə orqanları tərəfindən departamentə həvalə edilmiş işlərin yerinə yetirilməsini təşkil edir;
  • Bankdaxili qaydalara müvafiq olaraq, departamentin fəaliyyəti barədə hesabatlar hazırlayır;
  • Departamentin, digər struktur bölmələri ilə fəaliyyətlərini əlaqələndirir, digər strukturlarla və departamentin əməkdaşları arasında yaranan münaqişələri idarə edir;
  • İH Sədri tərəfindən ona həvalə olunan digər vəzifələri həyata keçirir.

Tələblər:

  • Ali iqtisadi, ali hüquqi və ya biznes üzrə təhsil;
  • Bank və komplayens ilə əlaqədar qanunvericilik sahəsində biliklər;
  • Risklərin idarə edilməsi sahəsində azı 4 (dörd) illik iş təcrübəsinə malik olmalı;
  • İdarəetmə və analitik bacarıqlar, tez və düzgün qərar qəbul etmə qabiliyyəti və dəqiqlik.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (azərbaycan dilində) cv@btb.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Risklərin idarə edilməsi departamentinin direktoru) göstərməyiniz xahiş olunur.