Risklərin İdarə edilməsi İdarəsinin Əməliyyat riski şöbəsinin böyük/baş mütəxəssisi
Xalq Bank
Müddət: 2025-09-16 - 2025-10-16
Baxış sayı: 637
Vakansiya № 1014620
Şəhər:
Bakı
İşin təsviri:
- Müxtəlif ssenarilər üzrə Bankın risklərə dayanıqlığını ölçməyə imkan verən risk modellərinin hazırlanması, stress-testlərin keçirilməsi;
- Bankın məhsul və xidmətlərinin təhlili;
- Risklərin müəyyən olunması (limit təyini) və idarə olunması üzrə təkliflərin verilməsi;
- Depozit və Kredit portfeli üzrə cəmləşmənin, orta faizin hesablanması;
- Risklərin qiymətləndirilməsi, təhlili və nəticəsi barədə hesabatların hazırlanması.
Tələblər:
- Ali magistr təhsili (xarici təhsili olan və ya risk sertifikasiyası proqramlarını bitirən namizədlərə üstünlük verilir);
- Müvafiq sahə üzrə ən azı 3 illik təcrübə;
- Hərbi xidməti bitirən və ya möhlət hüququ olan (oğlanlar üçün);
- İngilis dili biliyi mütləqdir;
- Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq;
- Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
- BI və Data analitika bilikləri;
- Maliyyə hesabatlarının hazırlanması üzrə təcrübə və ya biliklər;
- Stress-testləşdirmə və risklərin modelləşdirilməsi üzrə biliklər;
- Statistik analiz metodlarının tətbiqi ilə ekonometrik modellərin hazırlanması üzrə biliklər;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Analitik düşünmə və tədqiqat bacarığı;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
Müraciət et
Bu kateqoriyada təlim və seminarlar
| Təlim və seminar | Şirkət | Müddət |
|---|---|---|
| Bankın risk işçisi | İnternational Consulting Company | 2026-02-21 - 2026-04-10 |
Bu şirkətin digər vakansiyaları





