Risklərin idarə edilməsi idarəsinin kredit riski şöbəsinin kiçik / mütəxəssisi
Xalq Bank
Müddət: 2025-04-15 - 2025-05-15

Baxış sayı: 179
Vakansiya № 1013670
Şəhər:
Bakı
İşin təsviri:
- Müxtəlif ssenarilər üzrə Bankın risklərə dayanıqlığını ölçməyə imkan verən risk modellərinin hazırlanması, stress-testlərin keçirilməsi;
- Bankın məhsul və xidmətlərinin təhlili;
- Risklərin müəyyən olunması və idarə olunması üzrə təkliflərin verilməsi.
Tələblər:
- İqtisadi və ya maliyyə sahəsi üzrə ali magistr təhsili;
- Bank və ya əlaqəli maliyyə sektorunda minimum 2-3 il iş təcrübəsi;
- Müvafiq sahəyə dair ölkədaxili bank qanunvericilik və qaydaları üzrə biliklər (beynəlxalq nəzəri və praktiki biliklər arzuolunandır);
- Portfelin risk göstəricilərini özündə əks etdirən hesabatların hazırlanma və göstəricilərin bankın risk iştahına uyğunluğuna nəzarət baracıqları;
- Kreditlərin vintaj təhlilini aparmaq bacarıqları;
- Kredit risklərinin idarə edilməsi çərçivəsində Azərbaycan Respublikası Mərkəzi Bankının tələblərinə, daxili normativlərə riayət edilməsinə nəzarət etmək;
- Kredit risklərinin ölçülməsi, qiymətləndirilməsi üzrə bacarıqlar;
- Məntiqi mühakimə və operativ qərar qəbul etmə bacarıqları;
- Verilən tapşırığı vaxtında və dəqiq yerinə yetirmək xüsusiyyəti;
- Riyazi, statistik və makroiqtisadi biliklər;
- Excel bilikləri vacibdir;
- Python, SQL, Power BI bilikləri arzuolunandır.
- İngilis dili və rus dili bilikləri;
- CFA və (və ya) FRM sertifikatları arzuolunandır.
Müraciət üçün link: https://jobs.glorri.az/vacancies/xalqbank/xalqbank-risklerin-idare-edilmesi-idaresinin-kredit-riski-sobesinin-kicik-mutexessis-78444/apply
Bu kateqoriyada digər vakansiyalar
Bu kateqoriyada təlim və seminarlar
Təlim və seminar | Şirkət | Müddət |
---|---|---|
Bankın risk işçisi | İnternational Consulting Company | 2025-04-24 - 2025-05-09 |
Bu şirkətin digər vakansiyaları