Risklərin idarəedilməsi şöbəsinin mütəxəssisi
Qala Sigorta Müddət: 2025-04-10 - 2025-05-10
Baxış sayı: 145 Vakansiya № 1013635
Şəhər:

Bakı


İşin təsviri:

  • Risklərin idarə edilməsi sisteminin effektiv şəkildə işləməsi məqsədilə Direktorlar Şurasına, İdarə Heyətinə və digər nəzarət funksiyalarını həyata keçirən struktur bölmələrə zəruri köməklik göstərmək;
  • Sığortaçının ümumi risk profilinin və risklərin idarə edilməsi sisteminin monitorinqini aparmaq;
  • Risk iştahası bəyannaməsi, risklərin idarə edilməsi siyasətləri və icra prosedurlarını hazırlamaqda iştirak etmək;
  • Riskin ölçülməsi modellərinin dizaynı, seçilməsi, tətbiqi və ilkin təsdiqi prosesində iştirak etmək, müvafiq modelləri mütəmadi olaraq nəzərdən keçirmək və lazımi dəyişiklikləri etmək;
  • Sığortaçının istifadə etdiyi riskin ölçülməsi modellərindən əldə olunan hesablama nəticələri üzrə təhlillər aparmaq və dövri hesabatlar hazırlamaq;
  • Risklərin müəyyən edilmiş limitlər daxilində qalmasını təmin etmək və bu prosesə nəzarət etmək;
  • Riski müşahidə edən və vaxtında tədbirlər görən erkən xəbərdarlıq sistemlərinin yaradılması və istifadəsini həyata keçirmək;
  • Hər bir struktur bölmə üzrə yarana biləcək riskin limitlərini qruplaşdırmaq və sığortaçı üzrə ümumi müəyyən edilmiş limitlərə uyğunluğunun monitorinqini aparmaq.

    Tələblər:

  • Təhsil: Ali (İqtisadiyyat və ya maliyyə sahəsi üzrə);
  • Dil bilikləri: Azərbaycan və rus dillərində səlis danışmaq və yazmaq bacarığı, ingilis dili biliyi üstünlükdür; 
  • İş təcrübəsi: Müvafiq vəzifə üzrə minimum 2 il təcrübə (risk, aktuari fəaliyyəti, audit və ya maliyyə idarəetməsi);
  • Yümşaq vərdişlər: Ünsiyyət bacarıqları, komanda ilə işləmək, problem həll etmə bacarığı, tənqidi düşüncə, adaptasiya və çevik yanaşma, məsuliyyətlilik, stressə davamlılıq.

Əmək şəraitinin şərtləri:

  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
  • Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək. 

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini hr@qala-insurance.az elektron ünvanına email-in mövzu hissəsində “Risklərin İdarə edilməsi” şöbəsinə işçi yazaraq göndərmələri xahiş olunur.