Satınalma üzrə mütəxəssis
METAK
Müddət: 2025-01-23 - 2025-02-24

Baxış sayı: 215
Vakansiya № 1012982
Şəhər:
Bakı
İşin təsviri:
- Tələbnamələrə əsasən xarici bazarın araşdırılması və müqayisə olunması;
- Satınalmalar üzrə tenderlərin keçirilməsi və sənədləşmə işlərinin aparılması,
- Şirkət dəyərlərini rəhbər tutaraq satınalma proseduruna uyğun olaraq satınalma prosesini düzgün həyata keçirmək
- Satınalmalar üzrə müxtəlif hesabatların hazırlanması;
- Alınan malların keyfiyyətinə nəzarət edilməsi;
- Gündəlik işlərin planlaşdırılması və analizi;
- Sifarişlərin proqram təminatında yerləşdirilməsi və onların izlənilməsi;
- Çatdırılmaya, logistika və nəqliyyata nəzarətin təşkili.
Tələblər:
- Ali təhsil (Texniki sahələrə üstünlük verilir)
- İstehsalat sahəsində təcrübə (tikinti materialları, elektrik malları və ehtiyat hissələrini bilmək)
- Xarici və yerli bazarlar haqqında biliklər;
- Satınalma sahəsində 1-3 illik təcrübə;
- Əla ünsiyyət, insanlarla ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Azərbaycan, ingilis və rus dillərində səlis yazı və danışıq qabiliyyəti;
- Güclü analitik düşünmə, problem həll etmə bacarığı və dəqiqlik;
- Komandada işləmək bacarığı;
- Microsoft Office ERP üzrə işləmək bacarığı.
İş şərtləri:
- 5 günlük iş həftəsi;
- Karyera və peşəkar inkişaf üçün əla imkanlar;
- Rəqabətli əmək haqqı və illik bonus;
- Sertifikasiya imtahanları və təlimlərin şirkət tərəfindən qarşılanması;
- Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
- Nahar şirkət tərəfindən verilir;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.
Müraciət üçün link: https://job.metak.az/vacancy/show/268
Bu kateqoriyada digər vakansiyalar
Bu şirkətin digər vakansiyaları