Satış üzrə nümayəndə
Sağlam Ailə
Müddət: 2025-01-27 - 2025-02-28

Baxış sayı: 216
Vakansiya № 1013021
Şəhər:
Bakı
İşin təsviri:
- Həkimlərlə görüşlərin keçirilməsi, xidmət və məhsullar haqqında ətraflı məlumatın verilməsi və satış yönümlü təqdimatların keçirilməsini təşkili;
- Yeni müştərilərin cəlb edilməsi üçün təkliflər verilməsi;
- Bazar araşdırmasının aparılması;
- Satışın artırılması üçün aksiyaların, kampaniyaların təşkil edilməsi;
- Rəqiblərin aktivliyinin izlənməsi və bununla bağlı hesabatların təqdim edilməsi;
- Görülən işlər barədə gündəlik və aylıq hesabatların rəhbərliyə təqdim edilməsi.
Tələblər:
- Təhsil: Ali təhsilli (tibbi təhsil üstünlükdür);
- Təcrübə: Bu sahə üzrə 1 ildən artıq;
- Xarici dil biliyi: Rus dili arzuolunandır;
- Şəxsi keyfiyyətləri: Səlis nitq qabiliyyəti, ünsiyyətcil, məsuliyyətli, komandada işləmə bacarığı, məqsədyönlü və inkişafa meyilli.
Sizə nə təklif edilir:
- İş qrafiki: 5 günlük, 08:00-17:00 və ya 09:00-18:00;
- Rəqabətli əmək haqqı;
- Mehriban kollektiv;
- Həyatın yığım sığortasına qoşulmaq imkanı;
- İşçi illik check up paketi ilə təmin olunur.
- İşçinin ailə üzvləri və yaxın qohumları tibbi xidmətlərdə 50 faizlik endirim ilə təmin olunur.
Müraciət etmək üçün mövzu hissəsində “Satış üzrə tibbi nümayəndə” qeyd etməklə hr@saglamaile.az elektron ünvanına CV göndərə bilərsiz.
Bu kateqoriyada digər vakansiyalar