Satışa dəstək layihələri üzrə mütəxəssis
Business Insight Müddət: 2024-09-13 - 2024-10-13
Baxış sayı: 258 Vakansiya № 1012379
Şəhər:

Bakı


“Business Insight IRG” şirkətinin Müştəri Loyallığı Departamentinə “Satışa Dəstək Layihələri üzrə Mütəxəssis” vəzifəsi üzrə  aktiv vakansiya var.

Tələblərimiz:

  • Kişi namizədlər;
  • Ali təhsil (Marketinq, İqtisadiyyat və ya Biznes İdarəçiliyi);
  • Yaş həddi: 22-35;
  • Rus və İngilis dili biliklərinin ən azı orta səviyyədə olması arzuolunandır;
  • Satış və marketinq sahəsində ən azı 2 illik təcrübə;
  • Yaradıcı düşüncə və yanaşma tərzinə malik oub müvafiq ideyaları təklif etmək bacarığı;
  • Loyallıq proqramları vasitəsi ilə satışın artırılması bacarıqları;
  • Araşdırma, yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
  • Məqsədyönlü, məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;

İş öhdəlikləri:

  • Aksiyalar və təkliflərin hazırlanması: Sadiqlik (loyallıq) proqramı çərçivəsində satışların artırılmasına, satışa dəstək və müştərilərin saxlanılmasına yönəlmiş aksiyaların yaradılması və həyata keçirilməsində iştirak. Satışa dəstək üzrə fəaliyyət planının hazırlanması.
  • Aksiyaların monitorinqi: Mövcud aksiyaların və təkliflərin effektivliyinin izlənməsi və təhlili, onların satışa və müştəri fəallığına təsirinin qiymətləndirilməsi.
  • Bazarın təhlili: Rəqabət təkliflərinin və bazar vəziyyətinin araşdırılması, proqram üzvləri üçün üçün cəlbedici, satışı stimullaşdıran layihə təkliflərin hazırlanması.
  • Marketinq və Rəqəmsal Loyallıq şöbəsi ilə qarşılıqlı əlaqə: Müvafiq şöbələrə aksiyaların və təkliflərin effektiv təşviqi üçün lazım olan bütün məlumat, planlama və materiallarla təmin edilməsi.
  • Tərəfdaşlarla iş: Satışları stimullaşdıran birgə aksiyalar və təkliflərin yaradılması üçün sadiqlik proqramı tərəfdaşları ilə qarşılıqlı əlaqə.
  • Analitika və hesabatlılıq: Aksiyaların nəticələrinə dair hesabatların hazırlanması, analitik məlumatların təqdim edilməsi və onların optimallaşdırılması üçün təkliflərin verilməsi.

İş şəraiti:

  • Öyrədici və inkişafameyilli iş mühiti;
  • Əmək qanunvericiliyinə uyğun sənədləşmə;
  • İş vaxtı həftədə 6 gün;
  • Əmək haqqı namizədin işləmək istəyinə, bacarıqlarına və qoyulan tələbləri qarşılamasına görə müəyyən ediləcək.

Maraqlı olan namizədlər öz CV-lərini cv@businessinsight.az ünvanına “Satışa dəstək layihələri üzrə mütəxəssis” başlığı altında göndərə bilərlər.


Bu kateqoriyada digər vakansiyalar