Satışın təhlili və tədbirlər üzrə mütəxəssis
Unibank Kommersiya Bankı
Müddət: 2025-04-19 - 2025-05-19

Baxış sayı: 249
Vakansiya № 1013712
Şəhər:
Bakı
İşin təsviri:
- Birbaşa satış prosesini təşkil etmək, kredit məhsullarının satışını təmin etmək və satışa dəstək planlarının hazırlanmasında iştirak, icrasını təmin etmək;
- Bazarın təhlili, məhsullar barədə tələbi müəyyənləşdirmək, məhsul istiqamətləri üzrə satışları təhlil etmək və məhsul effektivliyinə nəzarət etmək;
- Filiallar tərəfindən yaranmış ehtiyacların ödənilməsi məqsədi ilə müraciətləri qəbul etmək, aidiyyatı üzrə yönləndirmək, müştəri seqmentlərini əhatə etmək üçün tədbirlər planını hazırlamaq və həllinin reallaşdırılması baxımından tədbirlər görmək;
- Satış üzrə hesabatları əldə etmək və araşdırmaq;
- İllik və cari əməliyyat planlarını müəyyənləşdirmək;
- Məhsullar/xidmətlərin göstəriciləri haqqında operativ, keyfiyyətli və fasiləsiz informasiya mübadiləsini təmin etmək;
- Prosedurlarda göstərilmiş qaydalardan kənarlaşmaların aradan qaldırılmasını nəzərdə tutan tədbirlər həyata keçirmək;
- Kredit prosedurunun təkmilləşdirilməsi üzrə təkliflər vermək;
- Rəqib bankların araşdırılması istiqamətində tədbirlər görmək;
- Vəzifə öhdəlikləri və səlahiyyətlərinin çərçivəsindən çıxmamaq şərtilə fəaliyyətini mövcud Əsasnaməyə, bankdaxili prosedur və qaydalara uyğun həyata keçirmək;
- Rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Müvafiq sahə üzrə bakalavr təhsili;
- Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
- Kompüterdən əla səviyyədə istifadə etmək bacarığı (Windows, MS Office (Word, Excel, Outlook));
- SQL bilikləri üstünlükdür;
- Azərbaycan dilində sərbəst danışıq;
- Rus və ingilis dili bilikləri arzuolunandır;
- Kollektivlə ünsiyyət qurmaq bacarığı;
- Verilmiş materiallardan istifadə edərək təhlil etmək və işi yerinə yetirmək bacarığı.
Müraciət üçün link: Unibank Kommersiya Bankı - Satışın təhlili və tədbirlər üzrə Mütəxəssis
Bu kateqoriyada digər vakansiyalar
Bu şirkətin digər vakansiyaları