Sayımçı
Hacıqabul Quşçuluq
Müddət: 2025-01-27 - 2025-02-28

Baxış sayı: 108
Vakansiya № 1013022
Şəhər:
Hacıqabul
İşin təsviri:
- İş yeri : Hacıqabul şəhəri;
- Məhsul, xammal və digər anbar ehtiyatlarının gündəlik, həftəlik və aylıq sayımını həyata keçirmək;
- Anbarda olan malların uçotunu aparmaq və faktiki qalığı sistemdə qeydiyyata almaq;
- Sayım nəticələrini analiz etmək və uyğunsuzluqları aşkarlayaraq rəhbərliyə məlumat vermək;
- Məhsulların qəbulunda, yüklənməsində və boşaldılmasında iştirak etmək;
- Anbarda olan məhsulların dövriyyəsi ilə bağlı hesabatlar hazırlamaq;
- Şirkət prosedurlarına uyğun olaraq inventarizasiyanın təşkili və icrasında iştirak etmək;
- Uyğunsuzluq hallarında səbəbləri araşdırmaq və müvafiq hesabat təqdim etmək;
- 6 günlük iş rejimi (08:00 - 17:00);
- Nahar şirkət tərəfindən təmin edilir;
- Servis mövcüddur ( Hacıqabul, Şirvan və Sabirabad rayonlarından servis xidmətimiz fəaliyyət göstərir );
- Əmək haqqı : Müsahibə əsasında.
Tələblər:
- Mühasibatlıq, logistika və ya iqtisadiyyat sahəsində təhsil üstünlükdür;
- Sayım, anbar uçotu və inventarizasiya sahəsində təcrübə (ən azı 1 il);
- Hacıqabul, Şirvan və Sabirabad ray. olan namizədlərə üstünlük veriləcəkdir;
- MS Office proqramlarında, xüsusən Excel-də işləmə bacarığı;
- Dəqiqlik, məsuliyyət və analitik düşüncə bacarığı;
- ERP və ya digər anbar uçotu sistemləri ilə iş təcrübəsi üstünlükdür;
- Komanda ilə işləmə bacarığı və sürətli qərarvermə qabiliyyəti;
- Anbar mühitində işləmək üçün fiziki dözümlülük.
Əgər siz istehsal sahəsində və dinamik bir mühitdə işləməyi hədəfləyirsinizsə, komandamıza qoşulmaq üçün CV-nizi və əlaqə məlumatlarınızı haciqabulqusculuq.hr@gmail.com elektron poçtuna göndərə bilərsiniz.
Bu kateqoriyada digər vakansiyalar
Bu şirkətin digər vakansiyaları