SƏTƏM üzrə kiçik mütəxəssis
Araz Supermarket
Müddət: 2024-07-10 - 2024-08-09

Baxış sayı: 679
Vakansiya № 1012265
Şəhər:
Bakı
Araz Supermarketlər Şəbəkəsi "SƏTƏM üzrə kiçik mütəxəssis" vakansiyası üzrə işə qəbul elan edir!
Tələblər :
- Ali təhsil;
- MS Office proqramlarını bilməli;
- SƏTƏM və ya əməyin təhlükəsizliyi üzrə ən azı 1illik iş təcrübəsi;
- Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı.
Vəzifə öhdəlikləri :
- Kurasiyasına daxil olan market və şirkətə aid digər obyektlərdə əməyin və ətraf mühitin mühafizəsinin təmin olunmasına nəzarət etmək
- Şöbə rəhbərinin və dövlət nəzarət orqanlarının göstərişlərinin yerinə yetirilməsi və nəzarət nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etmək
- İşçilərə təhlükəsiz iş üsulunun öyrədilməsinə, təlimatların vaxtında keçirilməsinə, biliklərin yoxlanmasına və təlimatlandırılma haqqında jurnallarda qeydlərin düzgün aparılmasına nəzarəti təmin etmək
- Bədbəxt hadisələrin təhqiq olunmasında iştirak etmək və önləyici tədbirlər haqqında hesabat verdiyi instansiyaya təkliflər vermək
- Kurasiyasına daxil olan market və şirkətə aid digər obyektlərdə əməyin təhlükəsizliyi üzrə nişanlar (xəbərdaredici, göstərici və s.) və lövhələrlə təmin olunması üçün SƏTƏM koordinatoruna müraciət etmək və lövhələrin dəyişdirilməsini təşkil etmək
- Təlimlərin keçirilməsi üçün proqramların hazırlanmasında və işçilərə təhlükəsiz iş üsullarının öyrədilməsində struktur rəhbərlərinə metodiki yardım göstərilməsini təmin etmək
- Qurğu və avadanlıqların vaxtaşırı sınaqlarının, habelə qoruyucu və fərdi mühafizə vasitələrinə və qurğulara texniki baxışın keçirilməsini təşkil etmək
- İşçilər və bilavasitə işə rəhbərlik edən şəxslər tərəfindən təhlükəsizlik qaydalarına əməl edilməsinə nəzarəti təmin etmək
- Bina və avadanlıqların, habelə təhlükəsizlik və nəzarət cihazlarının texniki vəziyyəti barədə sənədləşdirmənin düzgün aparılmasına nəzarəti təşkil etmək
- İstehsalat sahələrinin rəhbərləri ilə birlikdə əməyin təhlükəsizliyi standartlarının tətbiq edilməsi üzrə təşkilati-texniki tədbirlər planı hazırlanmasını təmin etmək
- İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunması və FMV-dən düzgün istifadə olunmasına nəzarət etmək, həmçinin kollektiv mühafizə vasitələrinin işlək vəziyyətdə olmasını nəzarətdə saxlamaq
- İş yerlərində risk analizini aparmaq və risklərin idarə olunması üzrə tədbirlərin həyata keçirilməsinə nəzarəti təmin etmək
- Sturuktur rəhbərlərinin işçilərə əməyin mühafizəsi və yanğın təhülkəsizliyi üzrə ilkin və təkrar təlimat keçmələrinə nəzarəti və təlimatların qeyd jurnallarının vəziyyətinin yoxlanılmasını təmin etmək
- İş yerlərinin yanğından mühafizə vasitələri ilə təmin olunması, yanğın xəbərdarlıq sistemlərinin quraşdırılmasını təşkil etmək, həmçinin yanğından mühafizə vasitələri və YXS-nin daim işlək, istifadəyə yararlı və yetərli sayda olmasına nəzarəti təmin etmək
- Kurasiyasına daxil olan obyektlərdə əməyin mühafizəsi qaydalarının pozulması hallarını aşkar etmək və tədbir görülməsi üçün nizam-intizam mütəxəssisi qarşısında vəsatət qaldırmaq
- İş fəaliyyətinə uyğun olaraq birbaşa rəhbəri tərəfindən bildirilən digər tapşırıqları vaxtında və düzgün yerinə yetirmək
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 5 günlük iş qrafiki;
- Servis xidməti mövcuddur;
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “SƏTƏM üzrə kiçik mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Career@retail.az elektron poçt ünvanına göndərə bilərlər.
Bu şirkətin digər vakansiyaları