Sığorta məsləhtçisi-Masallı-Lənkəran
Atəşgah Sığorta
Müddət: 2025-02-07 - 2025-03-08
Baxış sayı: 198
Vakansiya № 1013140
Şəhərlər:
Masallı, Lənkəran
İşin təsviri:
- Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək, şirkətlə əməkdaşlıq etməyə dəvət etmək
- Müştərilərin tələblərini nəzərə alaraq uyğun sığorta məhsullarını təklif etmək;
- Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
- Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək
- Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq
- Müştərinin ilk müraciət anından onunla işləmək: qiymət üzrə təkliflər hazırlamaq və müraciət edən müştəriyə təqdim etmək.
Tələblər:
- Yaş: 22 - 55
- Cinsi: Bəy və Xanım
- Təhsil: Natamam Ali və Ali
- İş təcrübəsi: Sığorta sahəsi üzrə təcrübə tələb olunmur
- Dil bilikləri: Azərbaycan dili (əla), əlavə olaraq Rus dili və İngilis dili (arzu olunandır)
- Ünsiyyət və komanda ilə işləmək bacarığı
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- İş vaxtı: I-IV günlər 09:30 - 17:30, V gün 09:30 - 17:00
- İş yeri Masallı rayonu, Heydər Əliyev prospekti,beynəlxalq bankla üzbə-üz
Təklif edilir:
- Karyera və inkişaf üçün əla fürsətlər
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması
- İşlə təmin olunma imkanı
- Müasir idarəetmə sistemi və mehriban kollektiv
- Satışlara əsasən artan gəlir
Əgər yuxarıda qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu hissəsində göstərməklə CV-nizi job@ateshgah.com elektron ünvanına göndərməyiniz xahiş olunur. Əks təqdirdə müraciətinizə baxılmaya bilər.
Bu kateqoriyada digər vakansiyalar