Sığorta üzrə mütəxəssis
Atəşgah Sığorta
Müddət: 2025-01-28 - 2025-02-28
Baxış sayı: 247
Vakansiya № 1013037
Şəhər:
Bakı
İşin təsviri:
- Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək, şirkətlə əməkdaşlığa dəvət etmək;
- Müştərilərin istəyinə əsasən uyğun sığorta məhsullarını təklif etmək;
- Sığorta məhsulları və qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
- Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
- Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;
- Müştərinin ilk müraciət anından onunla işləmək: qiymət üzrə təkliflər hazırlamaq və müraciət edən müştəriyə təqdim etmək.
Tələblər: - Yaş: 21 - 55
- Cinsi: Bəy və Xanım
- Təhsil: Natamam Ali və Ali
- İş təcrübəsi: Sığorta sahəsi üzrə təcrübə tələb olunmur
- Dil bilikləri: Azərbaycan dili (əla), əlavə olaraq Rus dili (arzu olunandır)
- MS Office proqramları ilə işləmək bacarığı
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı
- Yenilikləri tətbiq etmək bacarığı.
İş şərtləri:
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- İş vaxtı: I-IV günlər 09:30 - 17:30, V gün 09:30 -17:00
- İş yeri Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi 16
- Əmək haqqı namizədin bilik və bacarığına uyğun olaraq dəyişəcək.
Sizə nə təklif edilir:
- Karyera və inkişaf üçün əla fürsətlər;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Satışların həcminə əsasən artan gəlir.
Müraciətiniz üçün e-mail ünvanı: job@ateshgah.com
Bu kateqoriyada digər vakansiyalar
Bu şirkətin digər vakansiyaları