Sosial media marketinq (SMM) mütəxəssisi
Təhsildə Araşdırma və İnkişaf Mərkəzi Müddət: 2024-12-09 - 2025-01-12
Baxış sayı: 250 Vakansiya № 1012537
Şəhər:

Bakı


İşin təsviri:

  • Mövcud məhsullar və xidmətlər üzrə planların işlənilməsi, həyata keçirilməsi, müştərilərin cəlb olunması;
  • Bazarın araşdırılması və mövcud rəqabət mühitinin analizi;
  • Sosial şəbəkələrdə məhsul və xidmətlə bağlı reklamın hazırlanması və elanı;
  • Sosial şəbəkə esablarının optimallaşdırılması;
  • Trendlərin izlənilməsi;
  • Səhifələrin analizi;
  • Təhlil və nəticələrə əsaslanan bazar tendensiyalarını müəyyən etmək, yaradıcı ideya və təkliflərin verilməsi, eləcə də cari layihələrdə tətbiq edilməsi;
  • Bazar tendensiyalarının izlənilməsi və hədəf auditoriyaya fokuslanmış Marketinq təkliflərinin hazırlanması;
  • Analizə əsasən optimizasiyaların aparılması,  hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.

Tələblər:

  • Ali təhsil (Marketinq, İqtisadiyyat, Menecment istiqamətləri üzrə olması arzuolunandır)
  • Marketinq sahəsi üzrə 1 ildən çox təcrübə (Təhsil sahəsi üzrə arzuolunandır)
  • MS Office, Outlook, Gsuite, Canva proqramlarında işləmək
  • Digital Marketing üzrə təcrübəli ( Meta Bussiness, Ads manager, Google Ads və s. )
  • Analitik düşünmə qabiliyyəti, layihə idarəetmə bacarığı;
  • Tənqidi düşünmək və problem həll etmə bacarığı;
  • Tabeliyində olan komandanı idarə etmək bacarığı;
  • Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Biznes danışıqları aparmaq və təqdimat bacarığı.

Namizədlərdən cv-lərini cv@taim.edu.az ünvanına “Sosial media meneceri” başlığı altında göndərməyi, vəzifə öhdəlikləri, namizədlərdən tələbləri diqqətlə nəzərdən keçirməyi xahiş olunur. Nəzərə çatdıraq ki, başlıqsız maillər diqqətdən yayına bilər.Əlavə olaraq fotosuz CV-lər nəzərdən keçirilməyə bilər.