Təchizat mütəxəssisi
Microtech MMC Müddət: 2024-03-11 - 2024-04-11
Baxış sayı: 404 Vakansiya № 1012012
Şəhər:

Bakı


İş barədə məlumat

  • - Şirkətin satınalmalar proqramının icrası
  • - Şirkətin tələblərinə müvafiq olaraq satınalmalar sənədlərinin hazırlanması
  • - Tələbnamələrin vaxtlı-vaxtında təmin olunması üçün tədbirlərin görülməsi
  • - Tələb olunan mal və xidmətlərin təmin edəcək təşkilatların və podratçıların tapılması üçün yerli bazarların tədqiqi
  • - Təminatçı tərəfindən təkliflərin əldə edilməsi və onların qiymətləndirilməsi
  • - Qaimələrin yoxlanılması (mühasibatlığa təqdim olunduqdan əvvəl)
  • - Satınalmalar fəaliyyəti ilə əlaqəli olan bütün şərt və proseduraların tətbiq olunması
  • - Bütün əməliyyatlarda Şirkətin Satınalma Təlimatlarına riayət edilməsinə əmin olmaq
  • - İş saatı 09:00-dan - 18:00-dək
  • - Həftə içi 5 iş günü

Namizədə tələblər

  • - Ali təhsil
  • - Müvafiq iş üzrə ən azı 1-3 il iş təcrübəsi (quşçuluq sahəsində təcrübəsi üstünlükdür)
  • - Hesabat formaları və onların tərtibi qaydalarını bilməsi
  • - Azərbaycan dilində səlis danışıq və yazı, rus dili (əla)
  • - MS Office proqramlarının səlis istifadəsi
  • - Gələn sifarişlərin qəbulu, saxlanması və paylanması qaydalarına, təlimatları və onların istifadə qaydalarına riayət etmək

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Təchizat mütəxəssisi” qeyd etməklə aysel.mammadova@microtech.az elektron ünvanına göndərmələri xahiş olunur.