Təchizat üzrə aparıcı mütəxəssis
Araz Supermarket Müddət: 2024-07-30 - 2024-08-30
Baxış sayı: 716 Vakansiya № 1012299
Şəhər:

Bakı


Vakansiya: Təchizat üzrə aparıcı mütəxəssis

İş yeri: Bakı şəhəri.

Tələblər:

  • Ali təhsil;
  • Təcrübə: Minimum 3 il (Xüsusi ilə IT sahəsi);
  • Azərbaycan dili (İngilis və Rus dili biliyi üztünlükdür);
  • Ms. Office proqramları üzrə biliklər;
  • “Facility management” və tikinti sahəsi istiqamətləri üzrə satınalma təcrübəsi böyük üstünlük hesab edilir;
  • ERP sistemlərində Təchizat module-nin istifadəsində olan əvvəlki təcrübələr üstünlük hesab ediləcək;
  •  CIPS Advanced Certificate və ya CIPS Diploma sertifikatların mövcudluğu əlavə üstünlükdür.

Vəzifə öhdəlikləri:

  • Korporativ social məsuliyyət/davamlılığa təsirin nəzərə alınması ilə yanaşı, ehtiyac və xərclərin effektivliyi üçün tələb edənlərin tələblərini sorğulamaq;
  • Satınalma sifarişlərinin vaxtında icra edilməsi və bütün satınalmaların müvafiq qanun və siyasət qaydalarına uyğun olmasını təmin etmək;
  • Fəaliyyəti, missiya ilə bağlı məqsədlər və son tarixlər haqqında hərtərəfli və ətraflı hesabatların yaradılması və paylaşılması;
  • Müxtəlif təhlillərin aparılması, o cümlədən xərclər/faydalar analizi, risklərin qiymətləndirilməsi və idarəolunması;
  • Sifarişin qəbulu, malış çatdırılması, xidmətlərin icrası və tədarükçülərə ödənişlərin icra olunmasımərhələlərini əhatə edən satınalma prosesinin tam sənədləşdirilməsini və icrasını təmin etmək;
  • Satınalma sifarişləri üçün ixtisaslı təchizatçıların əvvəlcədən seçilmiş siyahısının hazırlanması və daim güncəlləşməsi;
  • Tender və təkliflər sorğusu üçün sənədlərin hazırlanması;
  • Tender və təkliflər sorğusu sənədlərinin hazırlanması və tender/təklif sorğusu başa çatdıqdan sonra onların arxivləşdirilməsinin təklifi;
  • Tədarükçülərlə iş mexanizminin dəstəklənməsi, tədarükçülərin sorğu və şikayətlərinə cavab vermək;

 Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • 5 günlük iş qrafiki;
  • Servis xidməti.

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Təchizat üzrə aparıcı mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını career@retail.az elektron poçt ünvanına göndərə bilərlər.