Təcrübə proqramı
Atəşgah Sığorta
Müddət: 2024-04-01 - 2024-05-01
Baxış sayı: 1409
Vakansiya № 1012058
Şəhər:
Bakı
Namizədə tələblər:
- Yaş: 18-35
- Təhsil: Natamam Ali və Ali
- İş təcrübəsi: Satış sahəsi üzrə təcrübə arzuolunandır. Müştəri xidmətləri, satış sahəsində olanlara üstünlük verilir
- Dil bilikləri: Azərbaycan dili, Rus dili və İngilis dili – arzu olunandır
- MS Office proqramları ilə işləmək bacarığı
Şəxsi keyfiyyətlər:
- Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
- Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
- Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
Əsas vəzifə öhdəlikləri:
- Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlərin keçirilməsində iştirak etmək
- Şirkətin maraqları çərçivəsində müştərilərlə danışıqlar aparmaq və müştəriləri şirkətlə əməkdaşlıq etməyə dəvət etmək
- Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq
- Müştərinin ilk müraciət anından onunla işləmək: qiymət üzrə təkliflər hazırlamaq və müraciət edən müştəriyə təqdim etmək,müştəriyə sığorta şərtləri haqqında ətraflı məlumatların əldə edilməsində köməklik göstərmək
İş şərtləri
- İş rejimi: I-IV günlər 09:00 - 18:00, V gün 09:00 - 17:00 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- İş yeri Bakı şəhəri, Səbail rayonu, Vəli Məmmədov küçəsi 16
Biz sizə nə təklif edirik?
- Karyera və inkişaf üçün əla fürsətlər
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması
- Müasir idarəetmə sistemi və mehriban kollektiv
- Fəaliyyətə əsasən artan əmək haqqı
- Yenilikləri tətbiq etmək bacarığı
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini job@ateshgah.com e-mail ünvanına göndərmələri xahiş olunur.
Bu şirkətin digər vakansiyaları