Tədbir meneceri
Barattson MMC Müddət: 2024-09-04 - 2024-10-10
Baxış sayı: 613 Vakansiya № 1012352
Şəhər:

Bakı


“Barattson” MMC- 2014-cü ildə peşəkar təhsil təminatçısı kimi öz fəaliyyətinə başlayaraq, peşəkarları beynəlxalq mühasibat və maliyyə ixtisası üzrə imtahanlara hazırlayır, kiçik və orta ölçülü müəssisələrin rəhbər və işçi heyətinə, ehtiyaclarına uyğun konsultasiya və təlim  verərək onların qabiliyyət və səriştələrinin artırmalarına kömək edir. Barattson həmçinin ingilis dilinin tədrisi və standartlaşdırılmış dil və fənn imtahanları üzrə ixtisaslaşmışdır.  

Barattson Tədbir meneceri (Event manager)” vəzifəsi üzrə vakansiya elan edir:

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin daxili tədbir layihələrini planlaşdırmaq, təşkil etmək, idarə etmək, əlaqələndirmək və nəzarət etmək;
  • Təklif olunan ideyaları, konsepsiyaları, ssenariləri qiymətləndirmək və təhlil etmək;
  • Bu sahədə qabaqcıl dünya təcrübəsini öyrənmək və onları işdə tətbiq etmək; 
  • Ehtiyatda korporativ tədbirlər - konfranslar, seminarlar, təlimlər üçün hazır strategiya proqramlarına malik olmaq, lazım gəldikdə onları sınaqdan keçirilmiş həll yolu kimi təklif etmək;
  • Lazımi iştirakçıları, məkanı, avadanlıqları və promo materialları təşkil etmək;
  • Tədbirin həyata keçirilməsində iştirak edən subpodratçılarla danışıqlar aparmaq və müqavilə şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək;
  • Fəaliyyətin hazırlanmasında və həyata keçirilməsində iştirak edən personalı idarə etmək;
  • Tədbirin büdcəsini hesablamaq və onun ardıcıl icrasına nəzarət etmək;
  • Fəaliyyət zamanı hər hansı bir münaqişəni psixoloji cəhətdən bacarıqlı şəkildə həll etmək.

Əsas tələblər:

  • Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan dili -səlis, İngilis və Rus dillərini bilmək üstünlükdür;
  • Kompüter bacarıqları: “Microsoft Office” proqramlarında peşəkər səviyyədə işləmək;
  • Tədbirlərin təşkilində ən azı 1 il təcrübəyə malik olmalıdır;
  • Rəsmi danışıqlar və əməkdaşlıqlar aparmaq üzrə ən azı 1 il iş təcrübəsi;
  • Yaradıcı olmaq və bütün PR alətləri ilə işləmək bacarığı;
  • Eyni vaxtda iki və ya daha çox layihə üzərində işləmək bacarığı;
  • Tapşırıq və məqsədlər qoymaq, onları təsvir etmək bacarığı.

Şəxsi keyfiyyətlər:

İş qrafiki: Beşgünlük, saat 10:00-19:00 (tədbirlərlə bağlı dəyişkən ola bilər).

Əmək haqqı: 900-1000 AZN

Namizədlərdən CV formalarının  vacancy@barattson.com email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Tədbir meneceri” qeyd olunmaqla göndərmələri xahiş olunur.

CV-nin son göndərilmə tarixi: 10 oktyabr 2024-cü il.