Tədbir üzrə mütəxəssis
Barattson Müddət: 2024-10-11 - 2024-11-15
Baxış sayı: 624 Vakansiya № 1012401
Şəhər:

Bakı


“Barattson” MMC- 2014-cü ildə peşəkar təhsil təminatçısı kimi öz fəaliyyətinə başlayaraq, peşəkarları beynəlxalq mühasibat və maliyyə ixtisası üzrə imtahanlara hazırlayır, kiçik və orta ölçülü müəssisələrin rəhbər və işçi heyətinə, ehtiyaclarına uyğun konsultasiya və təlim  verərək onların qabiliyyət və səriştələrinin artırmalarına kömək edir. Barattson həmçinin ingilis dilinin tədrisi və standartlaşdırılmış dil və fənn imtahanları üzrə ixtisaslaşmışdır.  

Barattson Tədbir üzrə mütəxəssis” vəzifəsi üzrə vakansiya elan edir:

Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin daxili və xarici tədbir layihələrini Marketinq şöbə rəhbəri ilə birgə planlaşdırmaq, təşkil etmək, idarə etmək, əlaqələndirmək və nəzarət etmək;
  • İşçi heyəti ilə bağlı tədbirlərin İnsan Resursları rəhbəri ilə planlaşdırmaq;
  • Təklif olunan ideyaları, konsepsiyaları, ssenariləri qiymətləndirmək və təhlil etmək;  
  • Fəaliyyətin hazırlanmasında və həyata keçirilməsində iştirak edən işçi heyəti ilə əlaqəli şəkildə əməkdaşlıq etmək;
  • Lazımi iştirakçıları, məkanı, avadanlıqları və promo materialları təşkil etmək;
  • Tədbirin həyata keçirilməsində iştirak edən subpodratçılarla danışıqlar aparmaq;
  • Fəaliyyət zamanı hər hansı bir münaqişəni psixoloji cəhətdən bacarıqlı şəkildə həll etmək.

Əsas tələblər:

  • Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan dili -səlis, İngilis və Rus dillərini bilmək üstünlükdür;
  • Kompüter bacarıqları: Microsoft Office proqramlarında peşəkər səviyyədə işləmək;
  • Tədbirlərin təşkilində ən azı 6 ay təcrübəyə malik olmaq;
  • Yaradıcı olmaq və  PR alətləri ilə işləmək bacarığı;
  • Eyni vaxtda iki və ya daha çox layihə üzərində işləmək bacarığı;
  • Tapşırıq və məqsədlər qoymaq, onları təsvir etmək bacarığı.

Şəxsi keyfiyyətlər:

İş qrafiki: Beşgünlük, saat 10:00-19:00 (tədbirlərlə bağlı dəyişkən ola bilər).

Əmək haqqı: 600-700 AZN

Namizədlərdən CV formalarının  vacancy@barattson.com email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Tədbir üzrə mütəxəssis” qeyd olunmaqla göndərmələri xahiş olunur.

CV-nin son göndərilmə tarixi: 15 noyabr 2024-cü il.