Tələbə koordinatoru
Barattson Müddət: 2025-04-28 - 2025-05-31
Baxış sayı: 330 Vakansiya № 1013775
Şəhər:

Bakı


Əsas vəzifə öhdəlikləri:

  • Yeni qruplarla  dərs proqramı, tələbə qiymətləndirmə cədvəli və zəmanət şərtləri ilə bağlı təqdimatın keçirilməsi;
  • Sorğuların müvafiq qaydalar üzrə keçirilməsi və sorğu cədvəlinin izlənilməsi;
  • Hər bir tələbə ilə sorğu statusunu izləyən hesabatı işləmək;
  • Daim tələbələrlə iş aparmaq: problemləri ilə yaxından maraqlanmaq, rəy, təkliflərini dinləmək və müvafiq tədbilərin görülməsi üçün xətti menecerlə danışmaq;
  • Tələbələri  növbəti səviyyə  təlimlərinə təşviq etmək;
  • Növbəti səviyyə təliminə keçməyən tələbələrlə fərdi sorğu aparmaq və tələbənin saxlanılması (retention) üçün müvafiq işlər görmək;
  • Müəllim və tələbələrin olduğu ayrı Whatsapp qruplarına nəzarət etmək;
  • Tələbələrin dərs davamiyyəti və digər nüanslar daxil olmaqla hər birinin inkişafına nəzarət etmək;
  • Tələbələrin kurs daxili və kursdan sonrakı fəaliyyəti üçün təkliflər vermək;
  • Tələbələrin hədəfləri ilə yaxından tanış olmaq və kursun digər xidmətlərindən yararlanmaq üçün yönləndirmək;
  • Tələbələrin kurs və ya imtahanlardan əldə etdiyi nailiyyətləri sosial mediada bölüşmək məqsədi ilə müvafiq bölməyə yönləndirmək;
  • Tələbələrlə keçirilən tədbirlərdə yaxından istirak etmək və müvafiq dəstək vermək;
  • “Conversation” dərslərini tələbə və müəllimlərlə koordinasiya etmək və ehtiyac olduğu təqdirdə danışıq dərslərində iştirak etmək.


Tələblər:

  • Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan dili -səlis, İngilis dili  (minimum pre intermediate səviyyə);
  • “Microsoft Office” proqramlarında işləmək, xüsusuilə Excel proqramını yaxşı səviyyədə bilmək;
  • Yaş aralığı: 22-27
  • İngilis dili biliyi (minimum pre-intermediate səviyyə).

Şəxsi keyfiyyətlər:

  • Dinamik və ünsiyyətcil olmağı mütləqdir;
  • Təşəbbüskarlıq göstərməsi önəmlidir;
  • İnkişafa meyilli və gülərüz;
  • İşini mənimsəyən və məsuliyyətli;
  • Proseslərə nəzarət etmə qabiliyyəti
     

İş qrafiki: altıgünlük, saat 11:30-19:30,

Əmək haqqı:  450-500 AZN

İş yeri: Elmlər və Nərimanov filialı
 

Namizədlərdən CV formalarının  vacancy@barattson.com email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Tələbə koordinatoru”qeyd olunmaqla göndərməkləri xahiş olunur.

CV-nin son göndərilmə tarixi: 31 may 2025-ci il.