Telesatış üzrə kiçik mütəxəssis
Xalq Sığorta Müddət: 2025-01-31 - 2025-02-28
Baxış sayı: 207 Vakansiya № 1013072
Şəhər:

Bakı


İşin təsviri:

  • Müştərilər ilə bağlantı yaradaraq sığorta məhsulu satışının həyata keçirilməsi;
  • Müştəri istəklərini təhlil edərək sığorta məhsulları üzrə təkliflərin hazırlanması;
  • Müştərilərlə əlaqə saxlayıb, şirkətin təqdim etdiyi təkliflərlə tanış edilməsi;
  • Müxtəlif satış kanalları ilə cəlb edilən müştərilərin sorğularının cavablandırılması;
  • Təqdim olunan bazadakı müştərilərə qeyd edilmiş gün və saatlarda zəng edilməsi;
  • Şirkətə müraciət edən müştərilərə informasiya dəstəyinin göstərilməsi ilə keyfiyyətli xidmət göstərilməsi;
  • Rəhbərliyin tapşırığına əsasən yerinə yetirilmiş işlər barəsində müxtəlif hesabatların hazırlanması və satış hədəflərinin həyata keçirilməsi.

Tələblər:

  • Ali təhsil;
  • İş təcrübəsi: müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
  • Səlis nitq, fikri aydın izah etmə bacarığı;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq və lokanik ifadə etmə bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyətli;
  • Səbrli və təmkinli olmalı;
  • Problem həll etmək bacarığı.

Tələb olunan bilik və bacarıqlar:

  • Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər;
  • Dil bilikləri- azərbaycan dili-əla; rus dili-əla, ingilis dili -arzuolunandır.
  •  

Əlavə məlumat:

İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);

İş yeri: Bakı şəhəri

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Telesatış üzrə kiçik mütəxəssis) qeyd edərək,  hr@xalqsigorta.az  elektron ünvanına göndərilməsi xahiş olunur.