Tibbi koordinator
Sağlam Ailə
Müddət: 2024-07-17 - 2024-08-17

Baxış sayı: 898
Vakansiya № 1012234
Şəhər:
Bakı
“Sağlam Ailə” tibb mərkəzi Tibbi koordinator vakansiyası elan edir.
Vəzifə və öhdəliklər:
- Tibbi xidmətlər üçün zəng vasitəsi ilə müraciət edən pasiyentin istək, şikayət, baxış və anamnez məlumatlarını nəzərə alaraq müayinənin həcmini və təyinatını dəqiqləşdirir, müvafiq təlimatlara uyğun qeydiyyatını aparır;
- Laborator və funksional müayinələr, onlara hazırlıq və aparılma qaydaları haqqında pasiyenti məlumatlandırır;
- Lazım gəldiyində pasientlərə müayinələrin seçilməsində tövsiyyələr verir və müayinə nəticələrini interpretasiya edir, nəticələrlə bağlı izahlar verir, müvafiq maarifləndirmə işi aparır;
- İstəyə əsasən tibbi xidmətləri təklif edir (Qəbul həkiminə yönləndirir /Chek-up xidmətlər təklif edir / dar ixtisaslı həkimə yönləndirir).
Namizədə olan tələblər:
- Ali tibbi təhsil;
- Təcrübə tələb olunmur;
- Dil biliyi: Azərbaycan dili - əla, rus dili – arzuolunandır;
- Yüksək ünsiyyət qabiliyyətli, komandada işləmə bacarığı, stressə davamlılıq.
Qeyd:
- İş qrafiki: həftənin 6 günü (həftəlik 40 saat);
- Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
- Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
- Şirkət daxili təlim və inkişaf imkanları.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə “Tibbi koordinator” qeyd etməklə hr@saglamaile.az elektron ünvanına göndərə bilərlər.