
Bakı
İşin təsviri:
Bank “BTB” ASC-nin daxili qaydalarına və Treasury departamenti haqqında əsasnaməyə uyğun olaraq, səlahiyyətləri daxilində departamentin ümumi işinin təşkil edilməsində iştirak edir;
Maliyyə bazarlarının təhlil edilməsi və müfaviq təkliflərin hazırlanması;
Səlahiyyət limitləri çərçivəsində qiymətli kağızlar, pul və valyuta bazarlarında əqdlərin bağlanılması;
Bazar riski və likvidliyin idarə edilməsi;
Departamentə aid olan hesabatların hazırlanması;
Bankın valyuta mövqeyinə nəzarət, nağd və nağdsız valyuta mübadilə məzənnələrinin müəyyən edilməsi və s. kimi cari işlərin icrası;
Aparılmış əqdlər üzrə gəlirliyin təmin edilməsi;
Dövrü audit yoxlamalarından yaranmış tələblərin icrasını təmin edir;
Tələblər:
Ali təhsil (İqtisadi/Biznes üzrə);
Bank Qanunvericiliyinə dair ümumi biliklər;
Rus və İngilis dillərini bilməsi üstünlük sayılır;
Dəqiqlik, detallara fikir vermək qabiliyyəti;
Analitik düşüncə;
Operativlik.
MS Office proqramlarında işləmək biliyi; MS Excell-dən istifadə bacarığı
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini (Azərbaycan dilində) cv@btb.az elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (Treasury departamenti, Dilinq şöbəsinin mütəxəssisi) göstərməyiniz xahiş olunur.