Vergi üzrə mütəxəssis
Avant Group Müddət: 2024-07-16 - 2024-08-16
Baxış sayı: 640 Vakansiya № 1012283
Şəhər:

Bakı


Vəzifə öhdəlikləri:

  • Vergi qanunvericiliyinin tələblərinə uyğunluğu təmin etmək məqsədilə mühasibat əməliyyatlarında vergi monitorinqinin aparılması;
  • Vergi və Statistika hesabatlarının yerli qanunvericiliyə əsasən hazırlanması və müvafiq orqanlara vaxtında təqdim edilməsi;
  • Vergilərlə bağlı bütün məsələlərlə əlaqədar olaraq Vergilər Nazirliyi və vergilər üzrə məsləhətçilərlə yazışmaların aparılması, tələb olunan sənədlərin toplanılması, sorğuların vaxtında cavablandırılması;
  • Gömrük bəyannamələrinin (YGB) yoxlanması və istifadə olunan proqram təminatında qeydiyyatının aparılması;
  • Şəxsi hesab vərəqəsinə nəzarət olunması və proqram təminatına qeydiyyatının aparılması;
  • Vergi hesablamalarının və ödəmələrinin vergi hesabı ilə uzlaşdırılması;
  • Təxirə salınmış vergilərin hesablanması;
  • İş prossesində vergi optimallaşdırılması analizinin aparılması və müvafiq təkliflərin hazırlanması;
  • Şirkətdə Əmək haqqları ilə bağlı aylıq yaranan öhdəliklərin (vergi, mdss, its, iss) sistemə daxil edilməsi; 
  • Vergi uçotu ilə bağlı bütün sənədlərin Şirkətin sənəd saxlanma qaydalarına uyğun saxlanmasına nəzarət olunması;

Tələblər:

  • Mühasibatlıq, maliyyə və vergi  sahələr üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3+ il iş təcrübəsinin olması;
  • Vergi Məcəlləsi ilə işləmə bacarığı
  • Balans cədvəli
  • Gəlir və zərər hesabatının hazırlanması
  • MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilməli;

Əlavə məlumat:

  • İş qrafiki: 5/2, 09:30-18:30
  • Nahar şirkət tərəfindən təmin edilir
  • İş yeri - Çıraq Plaza

Maraqlanan namizədlər CV formalarını  mövzu yerinə “Vergi üzrə mütəxəssis ” yazaraq vusala.racabova@avantgroup.az mail ünvanına göndərə bilərlər.