Videoqraf
Barattson MMC Müddət: 2024-09-24 - 2024-10-30
Baxış sayı: 104 Vakansiya № 1012383
Şəhər:

Bakı


Barattson Biznes və Maliyyə Məktəbi - 2014-cü ildə peşəkar təhsil təminatçısı kimi öz fəaliyyətinə başlayaraq, peşəkarları beynəlxalq mühasibat və maliyyə ixtisası üzrə imtahanlara hazırlayır, kiçik və orta ölçülü müəssisələrin rəhbər və işçi heyətinə, ehtiyaclarına uyğun konsultasiya və təlim  verərək onların qabiliyyət və səriştələrinin artırmalarına kömək edir. Barattson həmçinin ingilis dilinin tədrisi və standartlaşdırılmış dil və fənn imtahanları üzrə ixtisaslaşmışdır.  

Barattson MMC “Videoqraf” vəzifəsi üzrə vakansiya elan edir:

Əsas vəzifə öhdəlikləri: 

  • Qrafiklərə uyğun olaraq təlimlərin, tədbirlərin çəkilişlərini aparmaq və vaxtında montaj olunmaqla təhvil vermək;
  • Sosial şəbəkər üçün uzun və qısa metrajlı videolar çəkmək;
  • Tapşırılan işlərin vaxtında, keyfiyyətli həll olunmasını təmin etmək;
  • Rəhbərliyə görülən işlərlə bağlı müvafiq hesabatları təqdim etmək.

Əsas tələblər:

  • Yenilikləri tətbiq etmək bacarığı;
  • Reklam roliki, promo videolar hazırlama tәcrübәsi;
  • Kreativ düşüncә;
  • İnkişafa meyilli;
  • Məsuliyyətli və kollektivə uyğun olmalı;
  • Adobe Premier Pro, Adobe After Effects, DaVinci, Adobe Photoshop, movavi video editor proqramlarında işləmək bacarığı;
  • Digər proqramlar: Whiteboard Animation (Doodle) və çəkiliş üçün şəxsi avadanlığın olması üstünlükdür.

İş şəraiti:

    • İş qrafiki: 10:00-19:00
    • 5 günlük iş rejimi, istirahət günləri: şənbə-bazar günü

Əmək haqqı: 800-900 AZN (təcrübəsindən və işinin keyfiyyətindən aslı olaraq)

Namizədlərdən CV formaların və portfellərini vacancy@barattson.com email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Videoqraf” qeyd olunmaqla göndərməkləri xahiş olunur.

CV-nin son göndərilmə tarixi:  30 oktyabr 2024-cü il.