"Xankəndi" filialının Müştəri xidməti şöbəsi (Kredit üzrə, Müştəri Xidmətləri və Kassir)
Xalq Bank Müddət: 2025-03-27 - 2025-04-27
Baxış sayı: 274 Vakansiya № 1013528
Şəhər:

Xankəndi


İşin təsviri:

Kredit:

  • Müştəriyə bankın kredit məhsullarına dair məlumatın verilməsi;
  • Kredit müraciətlərinin qəbulu və analizi;
  • Müraciətlərin Bankın kredit komitəsində müdafiəsi;
  • Kedit sənədlərinin tərtibi;
  • Kredit portfelinə nəzarət və idarə etmək;
  • Müştəri hesablarının aparılmasına nəzarət;
  • Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.

Müştəri xidmətləri:

  • Müştərilərin müraciətlərini cavablandırmaq, bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
  • Müştərilərin eyniləşdirilməsini təmin etmək, onlara müvafiq hesablar açmaq (hesabları bağlamaq), hesab sahibinin tapşırıqlarına əsasən müvafiq əməliyyatların aparılmasını təmin etmək;
  • Müştərilərin istəyinə uyğun olaraq onlara hesab qalıqları barədə arayış və çıxarış tərtib edərək təqdim etmək;
  • Kredit müraciətlərinin qəbulu və analizi;
  • Filiallarda monitorinqlər aparmaqla kreditlərin verilməsi şərtlərinə (kreditin təyinatı, girov təminatı, borcalanın ödəmə qabiliyyəti və s.) əməl olunmasına nəzarət edilməsi;
  • Bankın kredit əməliyyatlarının müvafiq qanunvericilik və normativ aktlara uyğun olaraq aparılmasına nəzarət edilməsi;

Kassir:

  • Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğun olaraq kassa əməliyyatlarının aparılması;
  • Əməliyyat gününün sonunda bütün valyutalarda nağd vəsait qalığının hesablanması;
  • Nağd vəsaitlərin çeşidlənməsi;
  • Bankomatların yüklənilməsi və boşaldılması.

Tələblər:

  • Maliyyə, İqtisadiyyat, Menecment və Hüquq sahəsində ali təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi);
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
  • Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
  • Yenilikləri intensiv və dərindən mənimsəmə bacarığı;
  • Problemli kreditlərin həlli istiqamətində bilik və bacarığının olması;
  • Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
  • Riyazi hesablama aparmaq qabiliyyəti;
  • Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Kompüter bilikləri.

    Müraciət üçün link:  Xalq Bank - "Xankəndi" filialının Müştəri xidməti şöbəsi (Kredit üzrə, Müştəri Xidmətləri və Kassir)