Xarici satınalma üzrə mütəxəssis
Panda boya
Müddət: 2025-01-17 - 2025-02-18

Baxış sayı: 211
Vakansiya № 1012926
Şəhər:
Bakı
İşin təsviri:
- Xarici ölkələrdən malların vaxtında alınması,ölkəyə çatdırılması (yazışma və danışıqların aparılması);
- Tədarükçülər ilə qiymət və digər texniki göstəricilər barəsində danışıqlar aparılması;
- Satın alınan malın hərəkətinin və sənədləşdirilməsinin izlənilməsi və təşkil edilməsi;
- Məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
- Yeni təchizatçıların tapılması və qiymət, keyfiyyət uyğunluğunun təmin edilməsi;
- Tədarükçü şirkətlərlə danışıqların aparılması ;
- Satınalma prosesinin prosedurlara uyğun həyata keçirilməsi;
- Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
- Etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi;
- Bazar tendensiyalarını, rəqib strategiyalarını və bazar tədarükçülərini izlənilməsi;
- Yeni komponentlər və tədarükçülər üçün tədqiqat aparılması;
- Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi.
Tələblər:
- Ali təhsil : maliyyə, təchizat üzrə (xarici təhsilə üstünlük verilir)
- Satınalma sahəsində minimum 2 il iş təcrübəsi olmalı;
- Azərbaycan, İngilis və Rus dillərində səlis danışıq və yazışma;
- Satınalma sahəsi üzrə sertifikatların olması üstünlükdür;
- “İncoterms” qaydaları üzrə biliklərə sahib olmalı.
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti olmalı.
İş barədə məlumat:
- İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 4-cü Mədən
- Əmək haqqı: Müsahibə əsasında razılıq yolu ilə.
- İş qrafiki : Həftə içi 5 gün Saat 09:00-dən -18:00-dək (şənbə günü yarım iş günü)
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail suray@muradli.com.az vasitəsilə mövzu yerinə “Xarici Satınalma üzrə Mütəxəssis” yazmaqla göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun xanım namizədlərlə əlaqə saxlanılacaqdır.
Bu kateqoriyada digər vakansiyalar
Bu şirkətin digər vakansiyaları