Xərclərə nəzarət üzrə mühasib
City Park Mall
Müddət: 2024-11-21 - 2024-12-21
Baxış sayı: 409
Vakansiya № 1012460
Şəhər:
Bakı
Vəzifə: Xərclərə nəzarət üzrə mühasib
Şirkət: Unique Alliance MMC (City Park Mall)
Vəzifə öhdəlikləriniz:
- Xərclər üzrə trend analizi etmək və fərqləri araşdırmaq;
- Müqayisəli təhlil və analitik hesabatların hazırlanmaq;
- Tabeçiliyinə verilmiş əməkdaşları koordinasiya etmək (anbardar, satınalma);
- Xərcləri təyinatı (inzibati, admin, kapitallaşma) üzrə qruplaşdırmaq;
- Xərclərin icra tarixlərinə uyğun olaraq aylar üzrə sistemdə düzgün əks etdirmək;
- Sənədi vaxtında təqdim edilməmiş, lakin icra olunmuş fəaliyyət üzrə ehtiyat yaratmaq;
- Xərclərin düzgün mühasibat uçotunu təşkil etmək və nəzarət etmək;
- Xərclərin mühasibat uçotu ilə bağlı sənəd axışını təşkil etmək;
- Xərclərin düzgün sənədləşdirilməsi üzərində nəzarət etmək;
- Şübhəli xərclərin aidiyyatı struktura araşdırmaq üçün yönləndirmək;
- Carilərlə üzləşmələri koordinasiyalı şəkildə icrasına köməklik etmək.
Namizədə dair tələblər:
- Ali təhsil (maliyyə/mühasibatlıq və ya iqtisadiyyat üzrə);
- Xərclərə nəzarət, maliyyə hesabatlılığı sahəsində nəzəri biliklər;
- Sahə üzrə təcrübə mütləqdir, xüsusilə restoran sferasında (min 1 il);
- MS Office proqramlarından istifadə (xüsusilə Excel);
- 1C 8.3 və Robotpos proqramından istifadə bacarığı üstünlükdür (bilmirsə, öyrədirik);
- Məntiqi və analitik düşünmə tərzi;
- Təqdimat bacarığı.
Əlavə təminatlar:
- Nahar;
- Korporativ nömrə.
Vakansiya haqqında əlavə məlumat:
- Əmək haqqı razılaşma əsasında;
- İş qrafiki: Bazar ertəsi-Şənbə (Şənbə günü qısaldılmış iş günü);
- İş yeri: Babək prospekti (City Park Mall).
Uyğun namizədlərdən mövzu hissəsində “Xərclərə nəzarət üzrə mühasib” qeyd edərək, cv@citypark.az mail ünvanına müraciət etmələrini xahiş edirik.
Bu kateqoriyada digər vakansiyalar