Xəzinədar
Barkod Electronics
Müddət: 2024-12-13 - 2025-01-01
Baxış sayı: 263
Vakansiya № 1012591
Şəhər:
Bakı
İşin təsviri:
- Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini və ödənişləri qəbul etmək;
- Ödənilən vəsaitləri yoxlamaq və tələb olunan qaydada əməliyyatı həyata keçirmək;
- Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib etmək;
- Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və işəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin etmək;
- Müştərilərin suallarını dinləmək, səlahiyyəti çərçivəsində cavablandırmaq və ya aidiyyatı üzrə yönləndirmək.
Tələblər: - Ali təhsil;
- Xəzinədar vəzifəsində minimum 1 illik iş təcrübəsi;
- Azərbaycan dilini əla səviyyədə bilmək (rus və ingilis dillərindən birini bilməsi arzu olunandır);
- Nağd pul ödənişləri aparmaq üçün riyazi biliklərə malik olmaq;
- Analitik düşünmək;
- Müxtəlif növ kassa aparatları və onların iş mexanizmləri haqqında məlumatlı olmaq;
- Yüksək dəqiqlik və məsuliyyət;
- Gərgin iş qrafikində işləmək bacarığı.
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini elektron poçt ünvanına mövzu hissəsində “Xəzinədar (Bakı)” qeyd etməklə yönləndirmələri xahiş olunur.
Müraciət üçün e-mail: hr@barkodelectronics.az
Bu kateqoriyada digər vakansiyalar