Xəzinədar
Kredit Evi QSC
Müddət: 2025-03-19 - 2025-04-19

Baxış sayı: 267
Vakansiya № 1013492
Şəhər:
Bakı
İşin təsviri:
- Nağd pul və digər qiymətlilərin qəbulu, təslimi, saxlanması və qorunması üzrə əməliyyatların aparılması;
- Müştərilərə xəzinə xidməti göstərilməsi;
- Kassa dövriyyəsi haqqında hesabat hazırlanması;
- Mədaxil və məxaric sənədləri əsasında kassa jurnalının aparılması;
- Nağd pul və digər qiymətlilərlə bağlı aparılmış əməliyyatlar barəsində müəyyən olunmuş formalarda hesabatları təqdim edilməsi;
- Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması.
Tələblər:
- Ali və ya orta ixtisas təhsili;
- Səlis Azərbaycan dili;
- Yaş həddi: 21-35 yaş;
- Cinsi: Xanım namizədlərə üstünlük verilir;
- Xəzinədar vəzifəsində iş təcrübəsi arzuolunandır;
- Nağd pulla intensiv işləmə bacarığı;
- Microsoft Office proqramlarını bilmək və sürətli çap etmə bacarığı;
- Riyazi hesablama aparmaq və analitik mühakimə etmək qabiliyyəti;
- İşdə dəqiqlik və detallara diqqətlilik;
- Müştərilərlə xoş ünsiyyət bacarığı.
Bizim sizə təklifimiz:
- Müasir idarəetmə sistemi və mehriban kollektiv;
- Bacarıqlarınız nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Gələcək karyeranızın qurulması üçün geniş şərait;
- Əgər təklifimiz sizə maraqlıdırsa şəkilli cvlərinizi (şəkilli cv mütləqdi) elektron ünvanına göndərə bilərsiz. E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (Bakı-Xəzinədar). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.
Müraciət üçün e-mail ünvanı: hr@kreditevi.az
Bu kateqoriyada digər vakansiyalar