Anbar Mühasibi
Pro Team MMC
Duration: 2026-06-10 - 2026-07-10
View count: 75
Vacancy № 1015507
City:
Baku
Metal konstruksiya, lazer kəsim-büküm işləri, yanğın-seyf qapılarının istehsalı və quraşdırılması sahəsində fəaliyyət göstərən İndustrial Steel Manufacture MMC şirkətinin Mehdiabad qəsəbəsində yerləşən zavoduna Anbar Mühasibi vəzifəsinə işçi qəbulu elan edir.
Vəzifə öhdəlikləri
- Anbara daxil olan və anbardan çıxan materialların, malların və avadanlıqların uçotunun aparılması;
- Anbar qalığına nəzarət və mütəmadi inventarizasiyalarda iştirak;
- Təchizat, istehsalat və maliyyə şöbələri ilə koordinasiyalı işləmək;
- Layihələr və anbar uçotu üzrə gündəlik, həftəlik və aylıq anbar hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi.
- Material hərəkəti ilə bağlı sənədlərin düzgün və vaxtında rəsmiləşdirilməsi;
- İstehsalata verilən materialların norma və sifarişlər üzrə hərəkətinə nəzarət etmək;
Namizədə tələblər
- Anbardar, mühasibatlıq, və ya maliyyə üzrə ali və ya orta ixtisas təhsili;
- Anbar uçotu və ya mühasibatlıq sahəsində minimum 1-3 il iş təcrübəsi;
- 1C, ERP və ya digər mühasibat/anbar proqramlarında işləmək bacarığı;
- MS Excel proqramını yaxşı səviyyədə bilmək;
- Analitik düşünmə və rəqəmlərlə işləmə bacarığı;
- Məsuliyyətli, dəqiq və nizam-intizamlı olmaq;
- Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
- İstehsalat və tikinti sahəsində iş təcrübəsi üstünlük hesab olunur.
İş şəraiti
- Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
- Stabil əməkhaqqı və karyera inkişafı imkanları;
- Peşəkar və dinamik iş mühiti.
Maraqlanan namizədlər CV-lərini info@proteam.az düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər
Other vacancies in this category





