Anbar Qaytarılmaları üzrə Operator
Birmarket
Duration: 2026-03-16 - 2026-04-16
View count: 330
Vacancy № 1015312
City:
Baku
Təsvir
- Daxil olan qaytarma mallarının qəbulu, saxlanılması və göndərilməsi.
- Qaytarılan malların sənədlərə və sistem məlumatları ilə uyğunluğunu yoxlamaq.
- İlkin keyfiyyət yoxlanışı: bütövlük, zədələnmə, istifadə izləri, seriya nömrəsi / IMEI / SKU uyğunluğu.
- Məhsulun statusunun müəyyən etmək (təkrar satış, təchizatçıya qaytarma, utilizasiya).
- Malların müvafiq zonalara ötürülməsi (diaqnostika, saxlama, göndəriş).
- WMS / OMS sistemlərinə düzgün məlumat və statusların daxil edilməsi.
- Uyğunsuzluq aktlarının, silinmə və qaytarma sənədlərinin rəsmiləşdirilməsi.
- İnventarizasiya prosesində iştirak etmək.
- Qaytarılma ərazisində nizam-intizamın qorunması və əməyin mühafizəsi tələblərinə riayət etmək.
- Rəhbərlik tərəfindən verilən qaytarılmalar ilə bağlı digər tapşırıqların yerinə yetirilməsi.
- İş günləri və saatları: 2 gün iş / 2 gün ev.
- Ərazi: Lökbatan (20 Yanvar və Koroğlu metrostansiyalarından servis fəaliyyət göstərir).
Tələblər
- Ali və ya orta ixtisas təhsili.
- Anbar, logistika, pərakəndə satış və ya qaytarma prosesləri üzrə minimum 1 il iş təcrübəsi.
- Qaytarılma prosesləri haqqında bilik.
- Məhsulun komplektliyinin və vəziyyətinin yoxlanılması bacarığı.
- Sənədlərlə və elektron sistemlərlə işləmə bacarığı.
- MS Office proqramlarında (xüsusilə Excell) işləmək bacarığı.
- Analitik düşünmə və detallara diqqət.
- Problem həll etmə bacarığı.
- Azərbaycan dili – sərbəst.
- Məsuliyyətlilik və operativlik.
- Komandada işləmək bacarığı.
- Stressə davamlılıq.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Other vacancies in this category
| Position | Employer | Duration |
|---|---|---|
| Anbar əməliyyatları üzrə operator | Kontakt Home | 2026-04-01 - 2026-05-01 |
Other vacancies of this employer
| Position | Employer | Duration |
|---|---|---|
| SMM Mütəxəssis | Birmarket | 2026-03-04 - 2026-04-04 |





